EKSUDATİV İLTİHAB

İltihabİltihabın bu növü iltihab prosesində ekssudasiya mərhələsinin üstünlük təşkil etməsi və əsas mövqe tutması, iltihab ocağında patoloji maye kimi ekssudatın formalaşması ilə xarakterizə olunur.

Ekssudat tərkibində zülalların miqdarı 2%-dən çox olan patoloji mayeyə deyilir. Ekssudatın tərkibindəki zülallara plazma zülalları, limfosit və leykositlər, onların fermentləri və parçalanma məhsulları, yerli toxuma elementləri və onların nekrotik kütlələri, diri və ölmüş mikroorqanizmlər, onların toksinləri və s. aiddirlər.

Patoloji maye kimi ekssudat demək olar ki, yalnız iltihab prosesləri, xüsusilə də ekssudativ iltihablar zamanı ekssudasiya nəticəsində əmələ gəlir. İltihab prosesləri zamanı əmələ gəldiyi üçün ona iltihab mayesi də deyilir.

loading...

İrinli iltihab ekssudatın bir növü olan irin mayesinin meydana çıxması ilə xarakterizə olunur. İrin qatı ekssudat olub, tərkibi neytrofillərdən, limfosit və makrofaqlardan, mikroblardan, ölmüş mikrob və toxuma hissəciklərindən ibarətdir. İrinli iltihab əksər hallarda stafilokoklar, streptokoklar, meninqokoklar, qonokoklar, göy irin çöpləri və s. tərəfindən törədilirlər.

Klinik gedişinə görə irinli ekssudativ iltihablar kəskin və ya xroniki ola bilirlər. Xroniki irinli iltihablar adətən abses şəklində baş verir. Qanqrenoz iltihab qanqrenoz mikroorqanizmlərin iltihab ocağına düşməsi nəticəsində inkişaf edir.

Hemorragik iltihab zamanı ekssudat mayesinin tərkibində həm də çoxlu miqdarda eritrositlər də olur. Hemorragik iltihab adətən ekssudativ iltihabın digər növləri ilə birlikdə rast gəlinir. Kataral iltihab yalnız selikli qişalarda olur və çoxlu miqdarda ekssudatın ifrazı ilə xarakterizə olunur.

Qarışıq ekssudativ iltihab ekssudativ iltihabın bir neçəsinin (adətən ikisinin) eyni zamanda bir iltihab ocağında inkişaf etməsinə deyilir. Məsələn, seroz-hemorragik iltihab, irinlifibrinoz, irinli-hemorragik və s.

Cavidan Həsənli

loading...

Bunlarıda bəyənə bilərsiniz ...