DNT TESTİ

AiləŞübhəli halllarda uşaq doğulana qədər atalığın təyin olunması DNT testi ilə edilir. Müayinənin dəqiqliyi 99-100 %. Lazım olunan material bir neçə metodla əldə edilir:

Xorion (döl qişası) xovlarını biopsiyası: hamiləliyin 9-12ci həftəliyində ultrasəs müayinəsi nəzarətində qarnın ön divarından və ya uşaqlıq yolundan iynə keçməklə edilir. Hamiləliyin yarımçıq sonlanma riski 1 faizdən azdır.

Amniosentez. Dölyanı mayenin əldə edilməsi olub hamiləliyin 14-20 həftəsində ultrasəs müayinəsi nəzarətində qarnın ön divarından iynə keçməklə edilir edilir. Ağırlaşma və hamiləliyin yarımçıq sonlanma riski 1 faizdən azdır.

loading...

Kordosentez. Göbək ciyəsindən qanın əldə edilməsi olub hamiləliyin 18-20 həftəsində edilir. Ağırlaşma riski 1 faizdən azdır.

Digər tərəfdən genetikanın kompyuter proqramları vasitəsi ilə planlaşdırılan övladın şərti portretini yarada bilmək imkanı var. Bu imkanla hətta xarakteri, talantın, nələrə meylli olmasının hətta hansı idman növünə yararlı olacağını belə genetik pasportla çıxarmaq mümkündür.

Tarixi bir fakt olaraq Prins Üilyamsın evliliyindən öncə genetiklər tərəfindən önün övladının verilmiş eskizinin uyğun gəlməyini misal çəkmək olar. Bu məlumdur ki, genetik olaraq bütün məlumat ötürülür. Defekt gen özünü hüceyrə səviyyəsində biruzə verir, yeni hüceyrəni mutasiyaya uğradır. Başqa sözlə meydana çıxan genetik qüsur həm atadan həm anadan alınmış ola bilər.

Məsələn xronik ağciyər xəstəlikləri, mədə bağırsaq traktının xəstəlikləri, hipertoniya xəstəliyi, ürəyin işemik xəstəlikləri, alsheymer xəstəliyi, epilepsiya, şəkərli diabet, bəzi orqanların xərçəng xəstəlikləri genetik risk daşıyır. Genetik riskə bir misal atasında saç tökülməsi olan şəxsin ancaq 30 faiz bu riski daşımasını göstərmək olar. Nəzərə alsaq ki, bu risk ana xətti ilə 70 faizdir, ana babasında saç tökülməsi varsa o şəxsin keçəl qalma şansı daha çoxdur.

Övladın cinsinin genetik olaraq kişidən asılı olması, yəni spermatozoidin daşıdığı X və Y genindən asılılığı süni mayalanma zamanı geniş istifadə olunan genetik imkandır.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...