DİSSİRKULYATOR ENSEFALOPATİYA

Ensefalopatiya baş beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləşən beyin qan dövranının pozulması nəticəsində zədələnməsidir.

Dissirkulyator ensefalopatiya koqnitiv funksiyaların hərəki və emosional sferalarla müştərək olaraq pozulması şəklində özünü göstərir. Bu təzahürlərin ağırlığından asılı olaraq dissirkulyator ensefalopatiya 3 mərhələyə bölünür.

Dissirkulyator ensefalopatiya diaqnozunu dəqiqləşdirmək üçün aparılan müayinələrin siyahısında oftalmoskopiya, elektroensefaloqrafiya, reoensefaloqrafiya, exoensefaloqrafiya, boyun damarlarının rəngli doppleroqrafiyası, beyin damarlarının dupleks skanasiyası və baş beynin maqnit-rezonans tomoqrafiyası daxildir.

loading...

Dissirkulyator ensefalopatiya hipotenziv, damargenişləndirici, antiaqreqant, neyroprotektiv və digər qrup preparatların fərdi seçilmiş kombinasiyasının köməyi ilə müalicə olunur.

Dissirkulyator ensefalopatiya nevrologiyada geniş yayılmış bir xəstəlikdir. Statistikaya görə dünya əhalisinin təxminən 5-6%-i DEP xəstəliyindən əziyyət çəkir. Kəskin insultlar, beyin damarlarının qüsur-ları və anevrizmaları ilə birlikdə DEP nevrologiyanın damar patologi-yalarına aid edilir və rast gəlinmə tezliyinə görə bu qup xəstəliklər ara-sında birinci yeri tutur.

Ənənəvi olaraq DEP əsasən yaşlı adamların xəstəliyi sayılır. Lakin ürək-damar sistemi xəstəliklərinə xas olan “cavanlaşma” tendensiyası DEP-ə münasibətdə də özünü göstərir. Stenokardiya, miokard infarktı, beyin insultu ilə yanaşı, DEP 40 yaşınadək şəxslər arasında daha tez-tez rast gəlinməyə başlayıb.

Dissirkulyator ensefalopatiyanın təsnifatı. Dissirkulyator ensefalopatiya etiologiyasına görə aşağıdakı növlərə bölünür: hipertenziv;

aterosklerotik;

venoz;

qarışıq.

Gediş xarakterinə görə ayırd edilir:

tədricən proqressivləşən (klassik);

remissiyaedici;

sürətlə proqressivləşən.

Fərhad Əhmədov, Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri, Bakı 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...