DİABETİK PƏNCƏ

PəncəDiabetik pəncə, şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu olan insanda pəncələrdə xoralar əmələ gəlir,  oynaqlar və sümüklər zədələnir.

Yaralar çox gec sağalır,  onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.

Diabetik pəncə sindromunun səbəbi diabet xəstələrinin ayaq damarlarında qan dövranının pozulmasıdır. Bunun nəticəsində ayaqda müxtəlif gec sağalan yaralar əmələ gəlir.

loading...

Qanda şəkərin xroniki olaraq yüksəlməsi nəticəsində pəncələrdə sinirlər zədələnir və bunun nəticəsində bu nahiyədə həssaslıq azalır. Diabet xəstəsi ayaqlarda ağrı, soyuq və ya isti temperaturun təsirini, təzyiqi, demək olar ki, hiss etmir. Ayaqlarda yanıqlar, sıyrıntılar və digər zədələnmələr bu xəstələrdə ağrısız keçir ki, onlar bu zədələnmələrə fikir vermir və həkimə gec müraciət edirlər.

Diabet xəstələrin ayaqları tərləmir və hər zaman çox quru qalır. Quru dəri isə daha tez-tez çatlayır. Dabanlarda əmələ gələn çatlar hətta diabetik xoraların yaranmasına səbəb olur.

Diabet xəstəsi hər gün öz pəncələrini,ayaqaltı səthini diqqətlə yoxlamalıdır.Gündəlik müayinə kicik yaraları,çatları müəyyən etməyə kömək edir. Ayaqlarda hətta kiçik zədələr olduqda,bunu həkimə göstərmək lazımdır.

Dr. Arzu Əyyubova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...