DAUN SİNDROMU

Daun sindromuDaun sindromu tibbə 1866-cı ildən məlumdur. Bu sindromdan əziyyət çəkən uşaqlar bir-birlərinə oxşayır, boyları qısa olur, əqli inkişafdan geri qalır, kəllələri kiçik və yumru olub üz nahiyyəsində yastılaşır.

Hər 800-1000 doğulan uşağa 1 daun xəstəsi düşür. Daun sindromlu uşaqların gözləri kiçik və uzunsov olur, dilləri böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.

Sindromdan əziyyət çəkən uşaqlarda görmə pozğunluğu müşahidə olunur. Qulaqları zəif inkişaf edir, oturmağı və yeriməyi gec öyrənirlər. İmmun sistemi zəif olduğundan xəstəliklərə tez tutulurlar.

loading...

Daun sindromlu kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Xəstələrə ağılkəmliyi xarakterikdir, tez-tez piylənmə halları da müşahidə olunur. Belə uşaqlar mehribandırlar və insanlarla tez zamanda ünsiyyət qururlar.

Daun sindromunun səbəbləri

Daun xəstliyi irsidir, xəstəlik uşağa anadan keçir. Sindroma əsasən 35 yaşından sonra hamilə qalan qadınlarda rast gəlinir, atanın yaşının heç bir fərqi yoxdur. Xəstəlik irsi adlandırılsa da uşaqda olacağı mütləq deyil. Beləki xəstəlik ancaq ananın orqanizmində olan xromosomlardan asılıdır.

Daun sindromun əsas səbəbi normal 46 xromosom əvəzinə, insanda 47 xromosomun olmasıdır. Beləki insanda 46 xromosom var, onların 23-ü atadan, 23-ü isə anadan övlada keçir. Daun sindromlu xəstələrdə isə 47 xromosom olur.

Daun sindromunun digər səbəblərdən biri də tərkibində  kofein, teobromin, teofillin olan maddələrin çox qəbul edilməsidir.

Sindrom riski qadınlarda yaş artdıqca artır. 40-45 yaşlı qadınların daun sindromlu uşaq doğmalarına daha çox rast gəlinir. Qohum evlilikləri də səbəblər arasında göstərilir. Hamiləlik zamanı təmiz havada tez-tez gəzmək, stressdən uzaq olmaq faydalıdır.

Daun sindromlu uşaqlar adi uşaqlar kimi qidalanırlar, ancaq yağlı qidalardan uzaq durmaları məsləhətdir. Belə qidaları vitaminlə bol olanlarla əvəz etmək olar. Bu sindromlu uşaqların əlləri və ayaqları tez-tez masaj olunmalıdır.

Daun sindromu əsasən erkən qurulan nikahlarda və gec doğan ailələrdə çox rast gəlinir. Hamiləliyin təxmini 4-cü ayında körpənin bu sindromulu olub-olmayacağı bilinir.

Daun sindromu zamanı çox rast gəlinən fiziki özəlliklər:

Kiçik burun, yastı üz

Əzələlərdə gərginliyin az olması

Dilin ağıza nisbətən daha böyük olması

Burun kökünün batıq olması

Anormal quruluşlu qulaqlar

Əlin kiçik barmağında ortadakı sümüyün olmaması.

Daun sindromu müalicə edilmir. Beləki heç bir canlının genetikasını dəyişmək mümkün deyil. Bunu xüsusi diqqət və özəl proqramlarla əvəz etmək olar. Bu zaman onların həyatları daha rahat olacaq.

Daun sindromlu uşaqlar daha dürüst, qaydalara riayət edən, təbiəti sevən, həssas, səliqəli, kinsiz olurlar.

Və sonda Daun sindromu olan uşaqlar xəstə deyillər, sadəcə fərqlidirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...