DAR CİNS GEYİNƏNLƏR

JinsDemək olar ki, cins hər bir xanımın qarderobunda var. Gündəlik istifadə etdiyimiz cins şalvarlar həmişə dəbdə olur. Amma bu şalvarların ziyanlı tərəfini heç düşünmədik. Ütülənmir, qırışmır, rahatdır.

Alimlər hesab edir ki, dar cins şalvarlar sinirlər üzərində təzyiq yaradır. Bu da ayaqlarda ağrı və hissizliyə səbəb olur.

Eyni zamanda həftənin 3-4 günü dar cins geyinən qadınlarda varikoz və sistit olması riski daha çoxdu. Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin, bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur, varikoz xəstəliyin inkişafına təkan verir.

loading...

Daxili orqanların sıxılması onların zədələnməsinə səbəb ola bilir. Bu cür geyimlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilir…

Dr. Arzu Bədəlova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...