DAĞINTILAR ZAMANI İLK TİBBİ YARDIM

Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu- Kraş sindromudur. Kraş sindromu -uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir.

Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir.

Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur.

loading...

Sıxılma müddəti uzandıqca sıxılmış toxumaların qan təminatı azaldığı üçün məhv olmağa başlayır. Nəticədə zədə nahiyyəsində zəhərli maddələr yaranır. Zədələnmiş şəxs dağıntı altında belə bir vəziyyətdə uzun müddət yaşaya bilər. Şəxsi dağıntıdan azad etdikdə zədə nahiyyəsindən zəhərli maddələr toplam surətdə qana sorulmağa başlayır ki, nəticədə həyati vacib orqanlar zədələnir.

Kraş sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır:

1) Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi;

2) Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası;

3) Travmatik şok əleyhinə tədbirlər;

4) Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.

Zərərçəkənin dağıntıdan azad edilməsi qarşılıqlı köməklə edılır. Buna görə də təhlükə olan zonalarda ilk yardıma aid məlumatlandırılmanın əhəmiyyəti böyükdür. Yardım göstərərkən şəxsin dağıntı altında qalma müddətini bilmək vacibdir. Bu onun vəziyyətinin ağırlığına və xəstəliyin proqnozuna təsir edir.

Zərərçəkəni dağıntı altından ehtiyatla azad etdikdən dərhal sonra zədələnmiş ətraflara damarsıxıçı jqut qoyulur. Jqut olmadıqda əl altında olan vasitələrdən istifadə edilir. Jqutun qoyulması zədələnmiş nahiyyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan jqut zədələnmış ətrafda şişkinliyin azalmasına səbəb olur. Eyni zamanda qoyulmuş jqut qanaxma təhlükəsini aradan qaldırır.

Zədələnmiş ətrafda şişkinliyin aradan götürülməsi üçün elastik kompressiyadan istifadə edilir. Zərərçəkən dağıntı altından çıxarıldıqdan dərhal sonra elastik bintin köməyi ilə barmaqlarından başlayıb mərkəzə doğru tamamilə bintlənir. Elastik bint qansaxlayıcı jquta nisbətən yüngül, sərbəst bağlanır.

Zərərçəkənin immobilizasiyası ilk yardım göstərən zaman böyük əhəmiyyətə malikdir. İmmobilizasiya zədələnmiş ətrafın şinalardan istifadə etməklə tam hərəkətsizləşdirilməsi deməkdir. Hətta sınıq olmadıqda belə immobilizasiya mükəmməl aparılmalıdır. Düzgün aparılan immobilizasiya zərərçəkmişin daşınılması  zamanı ağrını azaldır, zəhərli maddələrin qana sorulmasını ləngidir, şişkinliyin intensivliyini azaldır.

Bu isə şokun inkişafının qarşısını alır. Şinalar möhkəm əşyalardan hazırlanır. Hazır şina olmadıqda, əl altında olan cürbəcür taxtalardan, budaqdan, kartondan da şina kimi istifadə etmək olar. Onu mütləq hadisə yerində və ehtiyatla qoymaq lazımdır, çünki ancaq şina qoyulduqdan sonra xəstə bir yerdən başqa yerə aparıla bilər.

İlk yardım kompleksinə yerli hipotermiya – soyudulma da daxildir. Yerli hipotermiya zədələnmiş nahiyyənin soyudulmasıdır. Zədələnmiş toxumalar soyudulduqda onlarda maddələr mübadiləsinin intensivliyi aşağı düşür, oksigenə təlabat azalır. Bu səbəbdən qan təminatı müvəqqəti dayanmış və dağılmamış yumşaq toxumalar məhv olmur, bundan başqa hipotermiya ətraflarda şişkinliyi azaldır, ağrını zəiflədir.

Yayda yerli hipotermiyanı aparmaq çətindir, belə halda soyuq suda isladılmış dəsmallardan istifadə edilir. Qışda isə qarla doldurulmuş paketlər zədələnmiş nahiyyəyə qoyulurSıxılma sindromu zamanı soyudulma fasiləsiz aparılmalıdır. Zərərçəkmiş azad edildikdən dərhal sonra başlayıb ilk yardım göstərilən zaman və zərərçəkmişin daşınması zamanı davam etdirilməlidir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...