DABAN ÇATLARI

Bədəndə, dəri yeniləmə sürəti ayaq darağında və özəlliklə daban qismində digər nahiyələrdən daha yüksəkdir. Bunun nəticəsində ayaq dabanı təzyiqlərə qarşı davamlı olur.

Əgər dabandakı ölü dəri toxuması artarsa, bu nahiyədə çatlaqlar əmələ gəlir. Dəri quruluğu, yaş və mövsüm daban çatlarında  çox önəmlidirlər.

Ayaqları rahat bir pozisiyada tutmaq, 5 və ya 10 %  ure tərkibli  birləşmələrin istifadəsi və nəmləndirici krem çəkdikdən sonra plastik bir paketlə ayaqları sarımaq, onların nəm qalmasına səbəb olur və daban çatlarının qarşısını alır .

loading...

Əl altında olan məlzəmələrdən necə bir axşam baxımı edə bilərik?

Bir neçə ədəd uşaq aspirinini bir miqdar su və limon suyu ilə qarışdırın, əldə etdiyiniz qarışığı çatlaq dəriyə çəkin. Ayağınızı isti bir dəsmal və ya streç klyonka ilə  sarıyın və bir neçə dəqiqə gözləyin. Aspirinin tərkibində olan salisilik asit ölü dərini təmizləyir.

Ayaqlarınızı  ilıq  limonlu (4-5 stəkan suya 1 limon suyu) suda saxlayın. Sonra ¼ stəkan toz şəkər, ¼ stəkan zeytun yağı, 2 yemək qaşığı  limon qabığı rəndəsini qarışdırın. Suda yumuşalmış ayaqlarınızı bu qarışıq  ilə ovun. Normal su ilə durulayıb, nəmləndirin. En az həftədə bir dəfə, gecə yatmazdan öncə, ayaqlarınıza vazelin çəkib, pambıq corab geyinib elə yatın. Yumuşaq ayaqlarla oyanacaqsınız.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...