D VİTAMİNİ

D vitamini bioloji aktiv maddələr qrupudur. D3 vitamini dəridə ultrabənövşəyi şüaların təsiri altında sintez olur və orqanizmə qidayla daxil olur.

D vitamini  Əsas funksiyası nəzik bağırsaq olan qida məhsullarından kalsiy və fosforun sorulmasını təmin etməkdir. Həmçinin D vitamini hüceyrələrin çoxalmasında, maddələr mübadiləsində və müəyyən hormonların sintezinin stimulyasiyasında iştirak edir.

D qrupu vitaminləri insan qida rasiounun əvəzedilməz hissəsidir. 1-70 yaşlı adamların gündəlik norması 15 mkq-dır. Yay ərzində orqanizmdə yığılan D vitamini ehtiyyatı qış aylarında tədricən bitir. Mütəmadi olaraq D vitamini qəbul etmək qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirir.

loading...

D vitamininin aşkar edilməlsi uşaq raxiti problemini həll etmək imkanı verdi. 1922-ci ildə aşkar edilən vitamin dördüncü olduğu üçün D adını aldı. Bir çox tədqiqatlar bu vitaminin raxiti müalicə etdiyini göstərdi.

D vitamini çatışmamazlığı yayılmış haldır, statistikaya əsasən bir milliard insan bundan əziyyət çəkir.

Uzun müddət D vitamini çatışmazlığı xərçəng və osteoporoz riski yaradır. D vitamini hipervitaminozu tədricən yaranır və həddindən artıq qəbul edildikdə baş verir.

Müəyyən həcmdə D vitamini orqanizmə günəş şüaları vasitəsilə düşür. Bu həzm fəsildən, vaxtdan və günün uzunluğundan, dəridəki melaninin tərkibindən asıldır.

D vitamini sümüklərdə kalsiumu artırır, diş və sümüklərin inkişafında önəmlidir.

Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. Həmçinin balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə olur.

D vitamini çatışmadıqda kalsiumda əskikliklər əmələ gəlir və nəticədə dişlər xəstələnir. Həmçinin sümüklərin boşalması və ürək problemləri yaranır.

D vitamininin sutkalıq norması:

0-12 ay  –  10 mkq

1-13 yaş – 15 mkq

14-18 yaş – 15 mkq

19 – 70 yaş – 15 mkq

71 + yaş – 20 mkq

Hamilə və südəmizdirən qadınlar – 15 mkq

loading...

Bunlarıda bəyənə bilərsiniz ...