D VİTAMİNİ OLAN QİDALAR

Vitamin DVitamin D sümüklərin böyüməsinə və möhkəmliyinə faydalıdır. D vitamini orqanizmdə kalsiy və fosfor mübadiləsinə cavabdehdir və uşaq orqanizmi üçün çox vacibdir. Körpənin sümüklərini bərkidir, skeletini və dişlərini formalaşdırır.

Həmçinin D vitamini mədəaltı vəzi üçün faydalıdır, qanda qlükozanın səviyyəsini normallaşdırır. Leykoz, süd vəzi, yumurtalıq, prostat, kəllə beyin xərçəngi və sklerozun müalicəsi zamanı çox faydalıdır.

D VİTAMİNİ OLAN QİDALARIN SİYAHISI:

loading...

Qırmızı ikra

Bir xörək qaşığı qırmızı ikra 0,020 mq D vitamini daşıyır. Bu məhsulda bol omeqa-3 var. O yorğunluq və depressiyaya qarşı yaxşıdır.

Tunes

Bu balığın 100 qrammı D vitaminin sutkalıq normasının yarısını daşıyır. Tunes tərkibində protein, dəmir və omeqa-3 yağları boldur.

Qızılbalıq

100 qramm bu balıq sutkalıq vitamin D normasının 75 % daşıyır.

Sardina

Sardinanın tərkibində kaliy, kalsiy və əhəmiyyətli həcmdə D vitamini var. Bu balıq sinir sistemi, beyin işi, skeletin formalaşmasında və saçlar və dişlər üçün faydalıdır.

İlanbalığı

Bu balığın 100 qrammında gündəlik normadan 8 dəfə çox D vitamini var.

Siyənək

Bu balığın 100 qrammında gündəlik normanın yarısı var.

Mal qaraciyəri

Tərkibində D vitamini var, ancaq çox deyil. Həmçinin çoxlu dəmir, A vitamini və zülal daşıyır.

Yumurta

Toyuq yumurtasında 0,042 mq D vitamini var.

Soya südü

Bir stəkan soya südündə 0,127 mq D vitamini var, və çoxlu dəmir və C vitamini.

Şiitaki göbələyi

Əlli qramm qurudulmuş şiitake göbələyində 0,163 mq D vitamini var. Şiitake həmçinin immuniteti artırır, ürəyi və damarları gücləndirir.

Həmçinin növbəti məhsullar D vitamini olan məhsullardır:

Portağal şirəsi

Yarmalar

Pendir

İspanaq

Kələm

Yoqurt

Marqarin

loading...

Bunlarıda bəyənə bilərsiniz ...