DƏRİNİZ YUXUDA GÖZƏLLƏŞİN

Dəridəki hüceyrələrin yenilənməsi və özünü bərpası gecə yuxusu vaxtı baş verir.

Yuxuda gözəlləşmək üçün önəmli məsləhətlər:

Makiyajınızı yatmazdan öncə mütləq təmizləyin.

loading...

Gecə dəri baxımınızı adət halına gətirin. Bütün dəriyə daha güclü təsir edəcək yaşlanmaya qarşı serumlar istifadə edin. Serum və serum sonrası nəmləndiricinizi, boyun, dekolte daxil hər yerə tətbiq edin.

Yatmazdan öncə çalışın çətin həzm olunan, ağır və duzlu qidalar yeməyin, kafeinli içkilər istifadə etməyin.

Yataq otağının  temperaturuna (çox yüksək olmamalıdır) və havalandırılmasına diqqət edin . Yuxuda orqanizmin temperaturu artır, dəridə su itkisi  gecə yüksək dərəcəyə çatır.

Yuxu pozisiyasına və yastığınıza diqqət edin. Yuxu zamanı üzün yastıqla təmasından qaynaqlanan dəridə yuxu cizgiləri, yumuşaq toxumada (məsələn gözaltı nahiyə) ödem formalaşa bilər. Bel üzərində yatın, xüsusi yastıqlar istifadə edin.

Dəriniz üçün edə biləcəyiniz ən gözəl baxım normal yuxu rejimidir. Günldəlik 6- 8 saat yuxunuzu almağa diqqət edin.

Əl və ayaqlarınızı nəmləndirin. Dabanlarda problem varsa vazelin çəkib,pambıq corab geyinin.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...