DƏRİNİZƏ ZƏRƏRLİ 5 VƏRDİŞ

Ehtiraslı qadin nece olmaldirNövbəti vərdişlər dərinizə zərərlidir və tez qocalmasına, xəstəliklərə səbəb olurlar.

Siqaret çəkmək

İlk növbədə damarların işinə mənfi təsir göstərir. Bu səbəbdən dəridə qan dövranı və mübadilə prosesləri pozulur. İllərlə dəri saralır, qırışır və elastikliyini itirir. Dəridə damar şəbəkəsi əmələ gəlir ki, bütün bunların nəticəsində dəri relyefinin hamarlığı itir.

loading...

Stress faktor

İndiki zamanda stress insanların gündəlik həyatında tez- tez rast gəlinən hal olduğu üçün dəriyə təsiri də danılmazdır. Stress – hormonal balansı pozur, davamlı damar spazmına səbəb olur, bu da dəridə qan dövranı və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

Xroniki yuxusuzluq da dəriyə neqativ təsir edir.

Alkoqol

Alkoqola aludəçilik qaraciyərə yüklənmə verir ki, bu da öz növbəsində dəridə normadan artıq yağlılığa səbəb olur. Piy vəzilərinin fəaliyyəti artır, dəridə məsamələr genişlənir, akne, follikulit və s kimi xəstəliklərin kəskinləşməsinə fon yaranır.

Şirniyyatdan çox istifadə etmək

Kanditer məhsulları, şokolad gündəlik qida rasionuna daxil edildikdə dəridə kollagen və elastinin miqdarı azalır. Bu səbəbdən də dərinin elastikliyi, turqoru kəskin zəifləyir.

Ultrabənövşəyi şüalanma

Baxmayaraq ki bir çox insanlar günəşlənməni sevir . günəş şüalarının dəriyə normadan artıq təsiri dərinin qurumasına, qırışmasına və fotoqocalmaya səbəb olur.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...