DƏRİN VENALARIN TROMBOZU

Dərin venaların trombozu (DVT) bədənimizdə olan dərin venaların tromb kütləsi ilə tutulmasıdır. Ayaqda olan dərin venaların trombozu haqda danışmazdan öncə qeyd edək ki, onlar əzələ və fasiyanın altında yerləşdiyi üçün (yəni dərində) belə adlanır, səthi venalar isə dəriyə yaxın yerləşirlər.

Ayağımızdakı qanın 90%i dərin venalarımızla, qalan 10 % səthi venalar vasitəsilə ürəyə doğru istiqamətlənir. Bu rəqəmlər dərin venaların əhəmiyyətli işinin göstəricisidir. Qanın əsas miqdarını daşıdığından onun yolunda hər hansı maneənin olması özünü daha keskin biruzə verir.

Əlametlerin intensivliyinə təsir edən daha 1 amil trombun vena daxilini tam və ya hissəvi tutması ilə əlaqədardır. Təbii ki tam tutulmada xəstəliyin klinikası da daha ağır olur.

loading...

Damar menfəzində trombun yaranması üçün varikozun olması mütləq deyil, yəni venalarda heç bir problemi olmayan şəxslərdə də dərin ven trombozu baş verə bilər.

Bunun üçün ya qanın laxtalanma qabiliyyəti artmalı, ya damar divarı daxildən zədələnməli ya da qan durğunluğu olmalıdır (Virxov triadası).

Dr. Afaq Zahidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...