COVID-19 XƏSTƏLƏRİN evdə karantin müddətində davranış qaydaları

COVID-19 xəstələrin evdə karantin müddətində davranış qaydaları:

Evi tərk etmək qəti qadağandır;

Ziyatətci qəbulu qəti qadağandır;

loading...

Xəstə evdə karantin müddətində özünütəcrid qaydalarını pozarsa buna görə hüquqi məsuliyyət daşıyır;

Xəstə və ailə üzvləri masqa geyinməlidirlər;

Ailə üzvlərini yoluxdurmamaq üçün xəstə ayrı otağa yerləşdirilməli, əgər şərait varsa ayrı vanna otağından istifadə etməlidir;

Əgər otağı ayırmağa şərait yoxdursa ailə üzvləri ilə ən azı 1 metr məsafə saxlamalıdı;

Xəstənin otağı vaxtaşırı havalandırılmalıdır;

Xəstənin istifadə etdiyi vanna otağı  ən azı gündə bir dəfə dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir;

Xəstənim şəxsi əşyalarını əl-üz dəsmalı, boşqab, stakan və s. ayrılmalıdır;

Xəstənin yataq dəsti, geyimləri 60-90 dərəcə temperaturla, adi yuyucu tozla yuyulmalıdır;

Xəstəyə qulluq üçün ailə üzvlərindən bir nəfər seçilir, həmin şəxs xəstə otağına daxil olan zaman qoruyucu vasitə kimi masqa və əlcək geyinməlidir;

Tənəffüs gigiyenasına riayət etməlidir: asqıran və öskürən zaman ağlz-burnunu kağız salfetlə tutub, sonra həmin salfetı iki selofan torbaya atıb, ağzı bağlı şəkildə atmaq;

Əllərin gigiyenasına riayət olunmalıdır:

əllər isti su ilə isladılıb, sabunla ən azı 20 saniyə ovuşdurulur. Sonra axar su altında mükəmməl yuyulub, kağız salfetlə qurulanır;

Xəstədə yeni simptomlar baş verərsə və ya mövcud olan əlamətlər şiddətlənərsə dərhal ailə həkimi ilə əlaqə saxlamalı və ya 103 TTTY (təcili yardım) xidmətinə müraciət etməlidir.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...