ÇİYİN AĞRILARI

ÇiyinÇiyin ağrılarının ən çox rast gəlinən səbəblərindən biri çiyin nahiyəsindəki əzələlərin gücə düşməsi nəticəsində meydana gəlir. Əzələlərdə yırtıqlar, əzələləri sümüklərə yapışdıran bağlarda (tendonlarda) tendinitlər ola bilər.

Çiyinlərdə qan dövranının pozulması da ağrıya səbəb ola bilər. Xəstələr adətən çiyinini tam hərəkət etdirə bilməməsindən və ağrısından şikayətlənərək həkimə müraciət edir. Burada problemin çiyində olduğu, yaxud başqa bir xəstəliyə bağlı oraya əks olunan bir ağrı olduğu ayırd edilməlidir.

İnfarkt ola bilər mi? Məsələn, sol çiyində yaranan bir ağrıda əvvəlcə ürək damarlarına aid bir problem və ya infarkt olduğunun təsbit edilməsi lazımdır.

loading...

Bundan əlavə qaraciyər və dalaq ilə əlaqədar xəstəliklər da başlanğıc mərhələsində çiyin ağrısı ilə qarşımıza çıxa bilərlər. Yenə də çiyin ağrısına səbəb ola biləcək revmatik xəstəlikləri də göz ardı etməmək lazımdır.

Deməli, çiyindəki ağrılarda, çiyində bir problem var, yoxsa başqa orqanlardan əks olunan ağrılar olduğunu ayırd etmək məcburiyyətindəyik.

Xəstələr adətən çiyinlərini hərəkət etdirdiyi zaman bir səs duyduqlarını qeyd edirlər. Buna tibb dilində krepitasiya (çıtırdama) deyilir.

Çiyində kirəçlənmələr də olur. Bu rentgenlə müəyyən edilə bilər. Çiyin qovşağı əzələlərindəki yırtıqlar böyük də ola bilər, kiçik də ola bilər. Xəstə, çiyin oynağını tam hərəkət etdirə bilməz. Ağrıları isə çiyinini hərəkət etdirmək istəyərkən artar və daha çox gecələri meydana gələr. 40 yaş və daha yaşlı insanlarda daha tez-tez rast gəlinir.

Çiyin oynağı hərəkətlərində bir məhdudiyyət olduğu zaman xəstə qolunu qaldıra, önə, arxaya, yana hərəkət etdirə bilmir. Bu vəziyyətdə olduğu zaman müalicəni gecikdirmək olmaz.

Müalicələr xüsusi aparatlar vasitəsilə, üzrə tətbiq edilən eyni növ müalicə yöntəmləri ilə həyata keçirilir.

Əgər belə şikayətləriniz varsa, donmuş çiyin problemi ilə üz-üzə ola bilərsiniz. Donmuş çiyin zamanı qarşılaşacağınız ilk əlamət ağrıdır. Ağrılar qolunuzu hərəkət etdirəndə daha artır və hətta yuxu pozğunluqlarına səbəb ola bilir.

Bununla yanaşı günlük işlərinizə mane olacaq şəkildə çiyində sərtlik, oynaqda hərəkətlərin azalması və müəyyən vaxtdan sonra qolunuzda tam hərəkətsizlik baş verir. Nəticədə qolunuzu qaldıra bilmirsiniz.

Xüsusən 40 yaşdan sonra qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Həmçinin çiyninizdə nə vaxtsa travma olubsa, bu problem meydana çıxır.

Donmuş çiyinin müalicəsində ilk mərhələ xüsusi məşq hərəkətlərinin müntəzəm şəkildə edilməsi və fizioterapiya müalicəsidir. Dərman müalicəsi də aparıla bilər. Ən son mərhələdə cərrahi müalicə də tətbiq edilə bilir. Ancaq unutmayın ki, heç bir müalicə çiyin gərmə məşqlərini əvəz edə bilməz. Hər bir vəziyyətdə həkiminizin məsləhət etdiyi şəkildə məşqlərə başlamağınız lazımdır.

Dr. Sənan Cəfərov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...