CİNSİ İNKİŞAFIN GECİKMƏSİ

Hipoqonadizm, yəni cinsi inkişafın gecikməsi yaxud başlamaması. Qızlarda 13, oğlanlarda 14 yaş tamamlanmasına baxmayaraq cinsi inkişafın ilk əlamətlərinin başlamaması gecikmiş cinsi inkişaf hesab olunur.

Əgər qızlarda süd vəzi böyüməsi başlayıbsa 5 il müddətində aybaşı prosesi baş vermirsə, və ya inkişaf hər iki cinsdə uzun müddət eyni səviyyədə qalırsa bu cinsi inkişafın hər hansı bir mərhələdə dayanması deməkdir.

Anadangəlmə və qazanılmış ola bilir.

loading...

Müxtəlif səbəbləri vardır.

Qazanılmış hipoqonodizmin səbəbləri:

Mərkəzi sinir sisteminin şiş xəstəlikləri,

İnfeksion xəstəliklərdən sonra,

Hipofiz vəzin cərrahi əməliyyat və şüa müalicəsi sonrası zədələnməsi,

Damar problemləri,

Xroniki xəstəliklər,

Hipotireoz (zob),

Artıq çəki,

Dəmir artıqlığı,

Talasemiya, oraqvari hüceyrə anemiyası,

Bəzi metabolik xəstəliklər və sairə

Əgər övladınızda bu əlamətlər varsa mütləq həkimə müraciət edərək problemin səbəbini araştırın.

Hipoqonadizm vaxtında aşkar edilərək müalicə olunmazsa sonsuzluğun səbəbinə çevrilə bilər.

Dr. Cəbrayılova Günay

loading...

Bunlarıda bəyənə bilərsiniz ...