CANLILARIN TƏŞKİLİ SƏVİYYƏLƏRİ

Canlıların öyrənlməsini asanlaşdırmaq məqsədilə onları şərti olaraq aşağıdakı quruluş səviyyələrinə ayırırlar:

Molekulyar səviyyə: Quruluş dərəcəsindən asılı olmayaraq, bütün canlılar- zülallardan, nuklein turşularından, polisaxaridlərdən və digər bioloji makromolekullardan təşkil olunmuşlar. Maddələr mübadiləsi, irsi məlumatların ötürülməsi və enerji çevrilmələri məhz bu səviyyədən başlayır.

Hüceyrə səviyyəsi: Hüceyrə tarixi inkişaf prosesində meydana çıxan, nüvə və sitoplazmadan ibarət, öz-özünü tənzim edən və özü kimi strukturlar yaradan canlı sistemdir. Hüceyrə canlının ən kiçik quruluş və inkişaf vahididir. Hüceyrə səviyyəsində də məlumatın ötürülməsi, maddələr mübadiləsi və enerji çevrilmələri baş verə bilir.

loading...

Orqanizm səviyyəsi: İnsan anatomiyasının öyrəndiyi obyekt insan orqanizmidir. Orqanizm zülalların ali birliyi olub, ətraf mühitlə maddələr mübadiləsi etmək, özünə oxşar törəmələr yaratmaq, böyümə və çoxalma qabiliyyətinə malikdir. Orqanizm tarixi inkişaf nəticəsində formalaşmış, inkişaf etmişdir, həyat boyu dəyişmiş, xüsusi quruluşa və inkişafa malik olan tamdır. Orqanizm yalnız onu əhatə edən mühitlə rabitədə yaşayır. Xarici mühitlə vəhdətdə olub, onunla birlikdə tamdır.

Orqanizm səviyyəsinin elementar vahidi ayrı-ayrı fərdlər hesab olunur. Belə fərdlərdə müəyyən funksiyanı yerinə yetirmək üçün orqanlar sistemi əmələ gəlir. Bu səviyyə fərdlərin doğulan andan ölənə qədər olan inkişaf dövrünü əhatə edir.

 Populyasiya-növ səviyyəsi: Eyni növün tarixən müəyyən ərazidə yaşayan fərdlər cəmi nəzərdə tutulur. Belə fərdlər orqanizmdən yuxarı səviyyədə duran sistem yaradır ki, bu da populyasiya adlanır.

Populyasiya növün struktur vahididir. Bu sistemdə elementar təkamül dəyişkənliyi həyata keçirilir.

Biosenotik səviyyə (biosenoz səviyyəsi): Xarici mühitin təsiri şəraitində qarşılıqlı əlaqədə olan müxtəlif növlərə məxsus orqanizmlərin birgə yaşayışı nəzərdə tutulur. Tarixən formalaşan belə birgə yaşayış sayəsində sistematik qruplardan ibarət dinamik və dözümlü sistem yaranır.

Biosfer səviyyəsi: Biosfer onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-fauna, landşaft və iqlimin fiziki parametrləri ilə xarakterizə olunur. Bu komponentlərdən hər birinin insan faliyyəti nəticəsində dəyişməsi bütünlüklə biosferdə gedən dəyişmə ilə nəticələnir.

İnsanın biosferə təsiri üç əsas halda özünü göstərir:

Birinci hal – kor təbii antropogen təsirdir. Buna misal sənaye kompleksləri tərəfindən çirkləndirici maddələrin təbii mühitə atılmasını göstərmək olar.

 İkinci hal – təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin məqsədli təsir etmədən biosferin elementlərini dəyişdirməsini misal göstərmək olar.

Üçüncü hal – təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və irimiqyaslı dəyişdirmək- məqsədli təsir göstərməyi misal göstərmək olar.

Ümumiyyətlə bu səviyyədə canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri baş verir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...