BÖYRƏK AĞRISI

kəskin böyrək çatışmazlığıBöyrək ağrısı. Uzunmüddət idman etdikdə ayağımızın ağrıması, və ya zəngin bir yemək süfrəsindən sonra mədəmiz ağrıdığında bu narahtçılıqların keçici olduğunu bilərək görməzdən gəlirik. Amma məsələ böyrəklər olduğunda, ağrının ciddi bir problemə işarət etmə ehtimali yüksəkdir.

Böyrək ağrısı, infeksiya və ya böyrəklərə təsir edən başqa ciddi bir problemin xəbərçisi ola bilər. Bu baxımdan böyrək ağrısına ciddi yanaşmaq lazımdır.

Çox vaxt bel ağrısı böyrək ağrısı ilə qarışdırılır. Bir çoxları böyrəklərin əslində düşündüklərindən daha yuxarıda, alt qabırğaların düz altında və qarnımızın arxasında yer aldığını öyrəndiklərində təəccüblənirlər.

loading...

Bir ağrının böyrək ağrısı olub olmadığını təyin etmək, biraz çətindir. Ağrının böyrəklərdən qaynaqlandığını aydınlaşdırmaq üçün digər şikayətlərinizi də nəzərdən keçirtmək lazımdır. Böyrək ağrısı çox vaxt kürəyin tək tərəfində, qabırğaların bitdiyi yerdə, qızdırma, halsızlıq və müxtəlif sidiyə çıxma problemləriylə birlikdə müşahidə olunur.

Bu ağrılar hərəkət etdikdə və ya müəyyən bir pozisiyada durduqda azala bilər. Böyrəklərlə bağlı problem olduğunda, bu vəziyyət adətən özünü bir şəkildə göstərir, özümüzü halsız, xəstə hiss edəbilərik, orqanizmdə nəyinsə düzgün getmədiyindən şünhələnə bilərik. Vacib olan, böyrəklərimiz şikayət vermədən onların qayğısına qalmaq, müayinə və müalicəyə gecikməməkdir.

Dr. Barat Yusubov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...