BLEFARİT
Blefarit göz qapaqları kənarının iltihabıdır. Əsas törədicisi stafilokokus aureus, uşaqlarda stafdır. Epidermidisdir.
Xəstəlik bir neçə klinik formada davam edir.
Sadə blefarit-zamanı göz qapağı kənarı qalınlaşır, hiperemiyalaşır, kirpik kökcüklərində kül rəngli pulcuqlar əmələ gəlir. Kirpiklər tökülür və konyuktivit əlamətləri olur.
Yaralı blefarit zamanı göz qapağı kənarı hissəvi və ya tam qalınlaşır, hiperemiyalaşır, kirpik kökcüklərində irinli yaralar əmələ gəlir. Bunlar sarımtraq qartmaqla örtülür, kirpiklər əyri bitir, bəzi yerlərdə tökülür, yerində rəngsiz qısa tüklər bitir.
Meybomi blefariti zamanı piy vəzilərinin iltihabı və onların disfunksiyası ilə əlaqədar olaraq baş verir. Göz qapaqlarının kənarı hiperemiyalaşır, qalınlaşır, sıxdıqda meybomi vəzilərinin axarlarından ağ rəngli piyli sekret ifraz olunur.
Səbəbləri:
Qidada vitaminlərin olmaması, infeksion xəstəliklər, həzm sistemi xəstəlikləri, həyat şəraitinin, sanıtar- gigiyenik vəziyyətin namünasıb olması xəstəliyin əmələ gəlməsində rol oynayır. Yaxındangörmə və uzaqdangörmə, xroniki infeksion konyuktivit də əhəmiyyət kəsb edir.
Simptomları:
gözlərdə ağ pulcuqlar
gözlərdə yorğunluq
işığa həssaslıq
qırmızı, şişkin göz qapaqları
kirpiklərin tökülməsi.
Dr. Aytən Mirzəyeva