BİOSFER HAQQINDA TƏLİM VƏ ONUN TƏKAMÜLÜ

Rus alimi Vernadskiyə görə biosfer yer kürəsinin həyat prosesləri gedən sahəsidir. Bu anlayış ilk dəfə 1875-ci ildə Avstriya geoloqu Y. Zyuss irəli sürmüş, Fransa təbiətşünası Lamark etmişdir. Biosfer planetimizdə həyat kamerası adlanır ki, burada bütün canlı orqanizmlər bir biri ilə sıx əlaqədar olub, mürəkkəb ekoloji sistem əmələ gətirir.

BIOSFERAtmosferin aşağı təbəqəsi troposfer adlanıb müxtəlif qazlardan və su buxarlarında ibarətdir, yuxarı təbəqəsi stratosfer əhatə edir. Stratosferdən 45 km hündürlükdə oksigen günəş radiasiyasının təsiri altında ozona çevrilir.

Ozon qatı canlı orqanizmlər üçün öldürücü kosmik şüaları və qismən ultrbənövşəyi şüaları dəf edərək yer səthinə düşməsinin qarşısısnı alır. Stratosferden yuxarı təbəqədə yerləşmiş atomlardan ibarət seyrək qaz qatı – ionosfer yerləşir.

loading...

Hidrosfer müxtəlif su mənbələrini – okeanları dənizləri gölləri çayları əhatə edir. Bisoferin aşağı sərhəddi qurunun 1-2 km, okeanın 1-2 km, yuxarı sərhəddi isə 20-25 km, ozon qatına qədər qalxır. İnsan cəmiyyəti də biosferə aid edilir.

Canlı orqanizmlərin atmosferdə müəyyən qədər yayılmış sahəsi 20-40, torpaqdan 1-5 dəniz və okeanlardan 1000m-ə qədərdir. Litosferin yer qatınn 99%-i canli orqanizmlərdən ibarət olub kütləsi 2,4*10 tondur. Bu üç mineral təbəqədən başqa yer xüsusi təbəqə ilə bisofer ilə əhatə olunmuşdur.

Milyard illər ərzində biosfer mürəkkəb inkişaf yolu keçmişdir. Təkamülün ilk mərhələlərində cansız materiyadan həyatın özu əmələ gəlmişdir. İlk həyat formaları yaranan dövrdə orqanizmlər də fermentativ proseslər getmiş, fotosintez nəticəsində isə sərbəst oksigen əmələ gəlmişdir. Oksigen 2,9 mlrd. il əvvəl əmələ gəlmişdir. Oksigen və hava qatı daha sonra isə ozon qatı əmələ gəlmişdir.

Havada oksigen 10%-ə çatdıqda artıq yer üzərində canlıların yaşaması üçün şərait yaranmışdır. Həyatın sonrakı mürəkkəbləşməsi çoxhüceyrəlilərin inkişafı ilə əlaqədardır. Bu haqda bir çox hipotezler mövcuddur. Belə hesab edilir ki, təkamül prosesində təkhüceyrəli orqanizmlər kaloniyalilarla başlanğıc vermişdir.

Kaloniyalılıq basa çatmamış qeyri-cinsi çoxalmanın məhsuludur. Bu prosesdə hüceyrələr bölünür, lakin bölünmə qız hüceyrələrin əmələ gəlməsinə çatmır. Əvvəlcə hər iki hüceyrə eyni quruluşda olur, sonradan onların arasında fərqlər əmələ gəlir. Bu tədricən vəzifəcə ixtisaşlasmaya gətirib çıxarır.

Su qatlarında üzvi maddələrin qeyri bərabər paylanması davamlı kolloid sistem və ya koaservat damlaların əmələ gəlməsinə səbəb olmuşdur. Koaservat damlaları ilk bioloji sistem hesab olunur. Həmin damlalar parçalanaraq yeni quruluşlar əmələ gətirmiş, yeni quruluş əmələ gələnədək dəfələrlə bölünmöşdür.

Milyon illər ərzində kaloniyalı quruluş çoxhüceyrəlilərə başlanğıc  vermişdir. Üzvi maddələrin dövranı bioloji maddələr dövranı ilə əvəz olunmuş orqanizm ilə mühit arasında fasiləsiz maddələr mübadiləsi getməyə başlamışdır.

Müxtəlif fiziki kimyəvi səraitdə yer üzərində həyatın əmələ gəlməsi su mühitindən quru mühitinə keçməsi, orqanizmdən yeni mühitə uyğunlaşma tələb olunmuşdur, ki, bu da öz növbəsində təbii seçmə və təkamülə səbəb olmuşdur.

Geri dönməyən bu proses ardicil olaraq bir növün digəri ilə əvəz olunması ilə müasir bitki və heyvanlar aləminin formalaşmasına gətirib çıxarmışdır.

Belə bir sual ortaya çıxır sonraki dövrdə insanın və bütövlükdə biosferin inkişafı hansı yolla getmişdir, qarşısıalinmaz nəticələrə və bisoferin  pozulmasına gətirib çıxaran maneəlerin qarşısı necə alınmalıdır. Biogenezdən fərqli olaraq təkamülün bu mərhələsinə ağılın ikişaf mərhələsi biogenez kimi baxılmalıdır.

Geri dönməyən bu proses ardıcıl olaraq bir növün digəri ilə əvəz olunması ilə müasir bitki və heyvanlar aləminin formalaşmasına gətirib çıxarmışdır.

Vernadskiyə görə təkamülün müasir mərhələsində həyatın inkişafı neogenez yolu ilə gedir. Neogenezlə əlaqədar yeni elm sahesi neogeniya meydana çıxır. Elmin əsas məqsədi pozuntuları əsasli surətdə, ağılla aradan qaldırmaq və gələcəkdə buna oxşar proseslərin yaranmasının qarşını almaqdan ibarətdir.

Bütün saçlı orqanizmlərin cəmi planetimizin canlı kütləsi və ya biokütləsini təşkil edir. Biokütlənin planetimizdə toplanması yaşıl bitkilərin həyat fəaliyyətindən asılıdır.

Qurbanova Gülsarə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...