BIO QABLAR

Bio qablarPlastik artıq qlobal dərəcədə ətraf mühitə mənfi təsir göstərir. Bu istehsalçı və istehlakçıları təbiət, ətraf mühit  və insan sağlamlığı haqqında düşünməyə məcbur edir.

Hazırda birdəfəlik plastik qablarla mübarizəyə 40`dan çox ölkə qoşulub. Problemdən çıxış yolu kimi təbii ekoloji və bioloji parçalanabilinən qabların istifadəsi düşünülür.

Bio qabların əsas xammalı qarğıdalı nişastasıdır.  Qarğıdalı nişastası uzun zamandır qida, tekstil və tibbi sahələrdə istifadə edilir.  Son  zamanlar bu xammalın istifadəsinə artıq ekoloji təmiz qablaşdırma sektorundada başlanılıb.  Bio qablaşdırma əsasən birdəfəlik qablar  və meyvə-tərəvəz qablaşdırmasıdır. Hazırda nişasta bioparçalanan məhsulların əsas xammalıdır.

loading...

Bio qablara artan tələbat növbəti xüsusiyyətlərlə əlaqəlidir:

bio qablar istifadədə təhlükəsizdir və sonra təbiətə düşdükdə tez parçalanırlar. Ekoloji qablaşdırma zərərli və toksisk maddələr daşımır, insan səhhətinə və təbiətə zərər vermir. Bu tip qablaşdırma 100 % eco friendy` dir.

qarğıdalı nişastası çox yüksək və aşağı hərarətə dözümlüdür.

plastikə nisbətən qidanı uzun müddət saxlama xüsusiyyətinə sahibdir.

saxlanılması, istifadəsi və daşınması rahatdır.

yağ və su keçirmir.

Artıq bildirdiyimiz kimi bio qablar  ətraf mühitə düşdükdən sonra bir neçə ay ərzində parçalanır və torpağa qarışır.  Bu səbəbdən bio qablara tələbat durmadan artmaqdadır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...