BEYİN QANAMASI VƏ FƏLC QALMA

Beyin qanaması, beyni bəsləyən damarlardan bir və ya bir neçəsindən xaricə qansızması nəticəsində, qanla bəslənən nahiyyənin işlək vəziyyətdən çıxmasıdır. Bu vəziyyət qəfldən başlayır və daha çox yüksək qan təzyiqi olan xəstələrdə müşahidə olunur. Beyin qanaması nəticəsində, xəstə insult keçirir və fəlc qala bilir. Bəzən isə hətta həyatını itirə bilər.

Beyin damarları yaş artdıqca müəyyən dərədə xəsarətə məruz qalır, elastikliyini itirir. Buna görədə qan təzyiqi yüksək olan yaşlı insanlarda beyin damarlarında yırtılma və nəticədə beyin qanaması tez-tez müşahidə olunur.

Xəstələrdə çox vaxt birtərəfli fəlc, əlil qalırlar. Ayaq və əl (tutulan tərəfdə ) təmamilə və ya qismən fəlc olur. Bundan başqa əgər qansızma əsnasında nitq mərkəzi zədələnmişdirsə, pasient danışa bilmir.

loading...

Gənclərdə isə beyin damarlarının civarının zəifləməsi nəticəsində damarlarda balonlaşma (daha əvvəlki yazılarda anevrizma haqqında yazmışdıq ) və bu balonun yırtılması isə beyin qansızması ilə nəticələnir. Anevrizma hər yaş insanda ola bilər.

Vacib məqam, bu damar problemlərinin vaxtında aşkarlanması və beyin qansızmasının qarşını almaqdır. Bunun üçündə risk altında olanlar, yəni: hipertenziyası, piylənməsi, şəkərli diabeti, genetik risk faktoru (ailədə fəlc olan varsa) mütəmadi olaraq müayinələrdən keçməli və ani şikayətlər başlarsa mütləq həkimə getməlidirlər.

Dr. Elşən Ağabalayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...