BEYİN QAN DÖVRANININ KEÇİCİ POZULMALARI

Beyin qan dövranının keçici pozulmaları baş beynin qısamüddətli tranzitor işemiyası olub, ocaqlı və ümumi beyin simptomları ilə müşayiət olunması, əlamətlərin başlamasından sonra 24 saat ərzində tamamilə yox olması ilə xarakterizə olunur.

BQDKP-nın növündən və lokalizasiyasından asılı olaraq kliniki təzahürləri müxtəlif olur. Diaqnostika retrospektiv olaraq həyata keçirilir və nevroloji, oftalmoloji, və kardioloji müayinələrin; baş beynin qan təchizatının müayinəsinin (ultrasəs doppleroqrafiya, dupleks görüntüləmə, maqnit-rezonans angioqrafiya); fəqərə sütununun rentgenoqrafiyası və kompüter tomoqrafiyası və s. müayinələrin köməyi ilə aparılır.

BQDKP-nın müalicəsi beyin qan təchizatının və metabolizmin normallaşmasına, residivlərin profilaktikasına və insultların yaranmasının qarşısının alınmasına yönəlmişdir. Böyük arteriyaların hemodinamik əhəmiyyətli okklüziyası zamanı angiocərrahla-rın vasitəsilə aparılan cərrahi müalicənin tətbiqi mümkündür.

loading...

Beyin qan dövranının keçici pozulması işemik insulta bənzər etiologiyaya və inkişaf mexanizminə malikdir. Onun işemik insultdan fərqli xüsusiyyəti qısa müddətli (1 sutkadan çox olmayan) olması və bütün meydana gələn simptomların tranzitor xarakter daşımasıdır.

Dünya nevroloji praktikasında belə qəbul olunmuşdur ki, əgər kəskin beyin qan dövranı pozulmalarının klinik təzahürləri 24 saatdan çox müddət davam edərsə, bu hal artıq insult hesab edilməlidir.

Beyin qan dövranının keçici pozulmalarına tranzitor işemik həmlə  və hipertenziv ensefalopatiya aid edilir. BQDKP beyin qan dövranı pozulmalarının ən geniş yayılmış növlərindən biridir. Lakin xəstəlik haqqında dəqiq statistik məlumatlar əldə etmək bir qədər çətinlik törədir. Çünki, bir tərəfdən xəstələrin çoxu vaxtında tibbi yardım almaq üçün həkimə müraciət etmirlər, digər tərəfdən isə həkimlər üçün yalnız anamnestik məlumatlar əsasında BQDKP diaqnozunu təyin etmək çətindir.

Fərhad Əhmədov, Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri, Bakı 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...