BADAMIN SAĞLAMLIĞA 10 FAYDASI

BadamBadam acı və şirin olmaqla iki növdə rast gəlinir. Şirin badam əsasən meyvə qurusu kimi, acı badam isə badam yağı və kosmetik badam südünün hazırlanmasında istifadə olunur.

Badam tərkibindəki Protein, E vitamini, Magnezium, liflər və təməl amin turşularla, bir sağlamlıq deposudur.

Badam qəbizlikdən bədxassəli şişə kimi bir çox xəstəliyin önünə keçərək, saçdan,  sümüklərə kimi bütün bədənə sağlamlıq qatır.

loading...

Badamın sağlamlığa 10 əsas faydası:

Xolesterolun səviyyəsini aşağı salır.  Badamın tərkibindəki doymamış yağlar xolesterolun səviyyəsini tənzimləməkdə orqanizmə köməkçi olurlar.

Diabet xəstəliyinin yaranmasının qarşısını alır. Badamın tərkibindəki sağlam yağlar, liflər və müxtəlif minerallar sayəsində qlükozanın parçalanması sürətlənir. Sağlam qan şəkərini qorumaq üçün yeməkdən öncə bir neçə badam yeməyin böyük faydası olacaq.

Ürəyi qoruyur. Badam tərkibindəki Magnezium sayəsində qan dövranını gücləndirir, qidalı maddələr və oksigenin orqanlara daşınmasını tənzimləyir. Tərkibindəki doymamış yağ turşuları ilə ürəyi gücləndirən badam, eyni zamanda E vitamini və antioksidantlar sayəsində  damarları da gücləndirir. Beləliklə ürəkdə ola biləcək problemlərin qarşısı alınmış olur.

Gün ərzində bir ovuc badam, ürəyinizi qüvvətləndirəcək.

Beyni və yaddaşı qüvvətləndirir.

Badamın tərkibində beyinə çox faydalı qidalı maddələr var. Tərkibindəki E vitamini reflekslərə və diqqət mərkəzinə təsir etməklə yaddaşı da artırır. Badam sink mineralı ilə zəngindir. Sink sərbəst radikalların beyin hüceyrəsinə zərərli təsirlərinin qarşısını alır. Yaddaş və xeyal gücünüz üçün hər gün bir ovuc badam yeyin.

Çəki atmağa kömək edir; Qida dəyərinə görə cəki atmağa kömək edən badam, tərkibindəki protein , doymamış yağlar və lif sayəsində toxluq hissi yaradır. Tərkibindəki B vitamini və sink,  şirniyyat krizinə girmənizin qarşısını alır.

Yalnız çəki atmaq istəyənlərə, ara qidalanma olaraq gün ərzində 2 – 3 ədəddən çox badam yemək məsləhət deyil.

Hamilə qadınlar və körpələr üçün faydalıdır. Hamiləlik zamanı istifadə olunan badam vitamin çatışmazlığının, dəridə striyaların (dəri çatlarının) formalaşmasının qarşısını alır. Tərkibindəki fol turşusu dölün inkişafına yardım edir. Fol turşusu göbək bağını gücləndirərək döldə ola biləcək anomaliyaların qarşısını alır.

Hamiləsinizsə qida rasionunuza bol badam daxil edin.

Qəbizliyin qarşısını alır; Badam tərkibindəki lif və doymamış yağların sayəsində bağırsaqların işini tənzimləyir.

Bağırsaqların normal işləməsi üçün gün ərzində 4 – 5 badam rasionunuza daxil edin.

Sümükləri gücləndirir. Sümüklərin təməlini təşkil edən fosfor və kalsium baxımından zəngin olan badam, tərkibindəki manqan, maqnezium və kaliumla da sağlam sümüklərə sahib olmanızı təmin edəcək.

Körpələrə badam yaği ilə edilən yüngül masajın nəticəsində həm əzələ, həm də sümüklər güclənəcək.

Dərinizin sağlamlığında rolu var. Gənc və sağlam dəri üçün badam önəmlidir. Tərkibindəki E vitamini ilə dərini qidalandıran badam, eyni zamanda dərinin qurumasının qarşısını alır.

Badam yağı günəş yanıqlarında da yaxşı təsir edir.

Badam tərkibindəki vitamin və minerallar sayəsində anti aging təsir göstərir. Dəri qırışmaları zamanı istifadəsi məsləhətdir.

Saç problemlərinin qarşısını alır ; Saç tökülməsi, kəpəklənmə, saçların gücsüzləşməsi zamanı istifadəsi məsləhətdir. Saçların dostu E vitamini, manqan, yağ turşuları və biotin ilə zəngin olan badam,  saçların sağlam və güclü uzanmasını təmin edir.

Tərkibindəki sink ilə hüceyrə yenilənməsini gücləndirən badam, saçların tökülməsinin və nazikləşməsinin qarşısını alır.

Yadda saxlamaq lazımdır ki,  hər qida kimi badamın da çox istifadə olunması orqanizmə ziyan vura bilər.

Ancaq nəzərə alınki böyrək problemi olan insanlara badamdan çox istifadə etmək  məsləhət görülmür!

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...