AYAQLARDA İSTİLİK HİSSİ

Ayaq ağrısıAyaqlarda istilik hissi çox zaman diz oynağından aşağıda rast gəlinir. Ancaq ayaqlarda itilik hissi bud nahiyəsində mümkündür. İstilik hissi iki növ: fizioloji və yaxud patoloji olur.

Ayaqlarda fizioloji istilik hissi həddindən artıq fiziki, psixoemosional yüklənmələrə qarşı reaksiya kimi yaranır. Ayaqlarda yanma hissi keyimə, ağrı ilə müşayiət olduqda həlimə müraciət etmək mütləqdir. Əks halda həyati təhlükə yaranır.

Ayaqlarda istilik hissi qeyri-düzgün həyat tərzi və müxtəlif xəstəliklərlə əlaqəli ola bilər. Xəstəliyi olmyan insanlarda ayaqlarda istilik hissi narahat ayaqqabı, yorğunluq, aclıq, vitamin çatışmazlığı, alkoqol və yaxud dərman zəhərlənməsi, allergiya fonunda mümkün ola bilər.

loading...

Bəzi hallarda ayaqlarda istilik hissi növbəti xəstəliklərlə əlaqəlidir:

ateroskleroz;

böyrəklərin fəaliyyətinin pozulması;

şəkərli diabet;

damar genişlənməsi;

yastıpəncəlik;

trombofelbit;

infeksion, iltihabi və travmatik xarakterli artrit və artrozlar;

dərinin göbələk mənşəli xəstəlikləri və s.

Ayaqlarda istilik hissi hərarətin cüzi qalxması ilə başlayır. Bu zaman insan adətən üstü açıq yatır. Güclü yanğın zamanı isə insan yerişi dəyişir, yuxusu pozulur. Həmçinin ağrı, əsəbilik, zəiflik və ağırlıq hissi yaranır.

Ayaqlarda istilik hissi venaların varikoz genişlənməsi zamanı dəridə göyərmələrə səbəb olur. Şəkərli diabet zamanı dəridə quruluq, göyərmə, sidik ifrazının tezləşməsi, qaşınma, iştahın artması əmələ gəlir.

Ayaqlarda istilik hissinin qarşısını almaq üçün bəzi tədbirlər mütləqdir:

düzgün qidalanma;

təmizlik qaydalarına riayət;

aktiv həyat tərzi;

rahat ayaqqabı.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...