AUTİZM NƏDİR

autismAutizm erkən uşaq yaşlarından başlayan, yaş artıqca elamətləri dəyişən, həyat boyu davam edən təfəkkür və davranış pozulmasıdır. Bu pozulma özünü nitqin geriliyində, sosial münasibətlərdə, emosional qıcıqlara qarşı cavab reaksiyasənən fərqli olmasında göstərir. Autizm oğlan uşaqlarında qız uşaqlarına nisbətən 4 dəfə daha çox təsadüf edir.

Autistik uşaqlarla göz təması qurmaq cətin olur, jestlər və mimika istifadəsində yetməzlik olur. Maraq dairəsində məhdudluq, nailiyyət və duyğularını bölüşməkdə yetməzlik, Başqalarının duyğularına qarşılıq verə bilməmək və s.

Oyuncaqları funksiyalarına uyğun istifadə etmirlər. Məsələn, maşını sürmək əvəzinə təkərləriylə oynayırlar, adlarını səslədikdə eşitmirmiş kimi davranırlar, nağıl və ya cizgi film qəhrəmanlarına qarşı maraqları olmur, fırlanan əşyalardan xoşları gəlir, saatlarla paltaryuyan maşının hərəkətini izləyə bilərlər. Evə gələn qonağın özüylə deyil, paltarının düyməsiylə oynayırlar.

loading...

Əşyalarla davranışları fərqlidir: onları iyləyir və ya dişləyirlər. Hər hansı bir əşyaya bağlılıq göstərirlər.

Təkrarlayıcı davranışlar müşahidə olunur. Öz ətraflarında fırlanırlar, yerlərində yellənirlər, əl çırpma hərəkətləri və s. edirlər.

Nitqin ləngiməsi, nitqin istifadəsində gecikmə, nitqdə şablon, təkrarlanan, özünəməxsus sözlərdən istifadə etmə.

Bu uşaqlarda aqressiya müşahidə olunur. Evdə əşyaların yerinin dəyişdirilməsinə pis reaksiya verirlər, istədikləri olmadıqda uzun müddət ağlayırlar. Səbəbsiz qışqırırlar.

Əmrlərə, qaydalara tabe ola bilmirlər, onlara deyilən sözləri uyğunsuz yerlərdə təkrarlayırlar.

Autistik uşaqlar arasında zəka gerilikli, normal zəkalı və ya əksinə üstün zəkalı uşaqlar var.

Dr. Rayihə Xudiyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...