ATADAN UŞAĞA KEÇƏN GENETİK ƏLAMƏTLƏR

Gözlərin rəngi

Qara və qəhvəyi rəngli gözlər dominant əlamət oldugunnan atasının göz rəngi tünd olanda ressesiv əlamət olan boz,mavi və yaşıl rənglı gözləri olan uşaqların doğulma ehtimalı azdır. Hətta yeni doğulduqda açıq rəngli olsa belə yaş artdıqca genetik qanunauyğunluğa görə göz rəngi tündləşir. Digər tərəfdən atada ressessiv açıq  göz rəngi olarsa anasının göz rəngi tünd olsa belə uşağın açıq göz rəngli olma ehtimalı yüksəkdir.

Üzün simmetriyası.

loading...

Atada sivri çənə, kirpiklərin assimmetriyası, burnun əyriliyi, yanaqda çuxurun olması, şəlpəqulaqlılıq varsa dominant əalmət olaraq övlada keçmə şansı yüksəkdir.

Dişlərin keyfiyyəti və forması, dişlər arasında böyük məsafə dominant əlamət olaraq atadan övlada keçər

Saçın rəngi, sıxlığı dominant genetik əlamət olduğundan atasının sac rəngi tünd, saçı sıx,buruq olan uşağın saçı tünd, sıx, buruq olur. Hətta genetik  formalaşmış kişi tipli keçəllik belə atadan övlada dominant keçir.

İntelekt səviyyəsi. Hər bir insanın intelekt potensialı olur ki, ondan yüksəyə qalxmaq mümkünsüzdür. Bu potensial isə atadan alınan genetik materialla tənzimlənir.

Barmaq izlərinin naxışları. Hər bir insanda individual olsa da ata və övladında bəzi naxışlar təkrarlanır.

Dodaqlar. Atanın həcmli dodaqları varsa dominant əlamət olaraq övladda da olacaq.

Boy. Ana və atadan alınan bu əlamətin dominantlığı eyni olduğundan ana hətta boyca qısa olsa da atadan alınan uca boyluluq əlamətinə az da olsa  təsir edir.

Çəki atadan daha çox x xromosomu ilə qız övladına kecən əlamətdir. Əgər ata artıq çəkidən əziyyət çəkirsə böyük ehtimalla qız övladında da eyni problem olur

Yumor Hissi. Əsasən qazanılmış əlamət olsa da bu hissi inkişaf etdirmək üçün iti ağıllılıq qabiliyyəti atadan övlada dominant keçər.

Yatış pozası və yatmağı nə dərəcədə xoşlamaq da atadan dominant olaraq övlada keçən əlamətdir.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...