ARIQLAMAQ ÜÇÜN ÇAYLAR

Arıqlamaq üçün çaylarArıqlamaq üçün çaylar artıq çəki atmaq üçün faydalı vasitələrdən biridir. Diqqətinizə arıqlamaq üçün çayların siyahısını çatdırırıq.

Zəncəfil çayı. Zəncəfil arıqlamaq istəyənlər üçün bir nömrəli məhsuldur. Zəncəfilin kökündə efir yağları olur, onlar isə maddələr mübadiləsini gücləndirir və yağların parçalanmasına səbəb olur. Zəncəfil çayı isə əlavə olaraq iştahanı azldır.

Arıqlamaq üçün zəncəfil çayı hazırlamaq çox asandır – təmizlənmiş zəncəfil kökünü nazik zolaqlara kəsib qaynar suya əlavə etmək gərəkdir. Əlavə olaraq bir çay qaşığı limon şirəsi və biraz bal qatılır. 10-15 dəqiqəyə çay hazırdır.

loading...

Masala. Bu hind içkisi arıqlamaq üçün faydalı vasitə olacaq. Arıqlamaq üçün olan bu çay həmdə gümrahlıq verir. Həmçinin masala həzmi yaxşılaşdırır. Arıqlamaq üçün isə mədə-bağırsaq traktının normal işləməsi əsas şərtdir. Əlavə olaraq bu çay immuniteti gücləndirir.

Matça. Yapon mənşəli bu çay böyük həcmdə vitamin və mineral daşıyır, qanda xolesterin səviyyəsini azaldır və təbiətdə olan ən güclü antioksidantlardan biridir.

Yaşıl çay. Arıqlamaq üçün çaylar siyahısında yaşıl çay mərkəzi yer tutur. Tərkibində ki katexinlər yağları parçalayır. Bütün gün boyu içmək olar. Həmçinin arıqlamaq üçün olan yaşıl çay bədəndən artıq mayeni çıxarır.

Arıqlamaq üçün çaylardan digəri itburnu çayıdır. İtburnu aclıq hissini azaldır. Onu yeməkdən 30-40 dəqiqə öncə içmək faydalıdır. Əlavə olaraq tərkibindəki C vitamini immuniteti gücləndirir və qanda xolesterin səviyyəsini azaldır.

Gicitkən yarpağının çayı. İştahanı kontrol edir. Yekə çay qaşığı yarpağı bir stəkan isti suya əlavə edib bir saat gözləmək gərəkdir. Sonra süzüb içmək. Gicitkənin tərkibində dəmir, fosfor, maqniy və kaliy boldur. Həmçinin damarlara faydalıdır.

Arıqlamaq üçün çaylar sırasına böyürtkən yarpaqlarının çayıda daxildir. Müsbət tərəfi heç bir ziyanının olmamasıdır. Əgər mədədə diskomfort yaxud qastrit varsa bu çayı seçmək məsləhətdir. Bir çay qaşığı böyürtkən yarpağını 15-20 dəqiqə qaynar suda saxlamaq gərəkdir. Arıqlamaq üçün bu çayı gündə iki dəfə içmək məsləhətdir, özüdə acqarına. Çay iştahanı azaldacaq.

Alma çayı arıqlamaq üçün çayların digəridir. İsti alma çayı iştahanı azaldır. Turş alma daha faydalıdır. Xırda hissələrə kəsib biraz qara çay qatmaq və qaynatmaq gərəkdir. Gündə 2-3 dəfə yeməkdən bir saat öncə içmək məsləhətdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...