ARAXNOİD KİSTA NƏDİR?

KISTAAraxnoid kistalar kəllə daxilində ən çox rast gəlinən kistalardır. Bu kistalar, beyin və onun araxnoid (hörümçək toruna bənzər) qişası arasında əmələ gələn içi maye dolu kisələrdir. Hər yaşda rast gəlmək mümkündür və daha çox kişilərdə görülür.

Anadangəlmə və qazanılma ola bilərlər. Əmələ gəlmə səbəbləri dəqiq bilinməsə də bətndaxili inkişaf dövrünün müəyyən mərhələsində beyin toxumasının itirilməsi nəticəsində və ya keçirilmiş kəllə-beyin travması, beyin şişləri, infeksiya və beyin əməliyyatlarından sonra əmələ gələ bilər.

Araxnoid kistalara daha çox gicgah nahiyyəsində rast gəlinsə də, beynin hər yerində əmələ gələ bilərlər və müxtəlif ölçülərde olurlar. Kiçik ölçülü və böyüməyən kistalar adətən simptomsuz olurlar və heç bir müalicə tələb etmirlər. Böyük ölçülü olan və ya böyüməyə meyilli olan kistalar isə yaxın nəzarət altında saxlanılır və bu növ kistalar adətən müalicə tələb edirlər.

loading...

Araxnoid kistaların simptomları yerləşdiyi yerə və ölçülərinə uyğun olaraq dəyişir. Əsas rast gəlinən simptomlar aşağıdakılardır:

Baş ağrıları;

Qıcolma tutmaları;

Hidrosefaliya;

Kəllə daxili təzyiqin artması;

Fiziki və əqli inkişaf geriliyi;

Davranış dəyişiklikləri;

Əllərdə və ya ayaqlarda gücsüzlük;

Müvazinət pozğunluqları və s.

Simptomatik araxnoid kistaların müalicəsi cərrahi üsulladır. Kistaların yerindən və ölçüsündən asılı olaraq endoskopik və ya açıq cərrahiyyə əməliyyatı icra oluna bilər.

Dr. Ruslan Yunusov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...