ADENOİDLƏR

Adenoidlər burun udlaq badamcıqlarıdır. Limfoid toxumadan ibarət olub vəzifəsi buruna daxil olan virus, mikroblarla mübarizə aparmaqdır. Bu zaman badamcıqlar şişir, iltihablaşır adenoidit baş verir.

ADENOİDValideynlər buna burunda artıq ət deyirlər. Əslində isə o da damaq badamcıqları kimi immunitetin bir hissəsidir. Böyüməsinin iltihablaşmasının bir neçə səbəbi var:

təkrarlanan virus və bakterial infeksiyalar

loading...

allergik fonun olması (bəzən səbəb qurd invaziyaları olur), böyüdükdə tənəffüs yolunu tutur və bu zaman uşaq çətin nəfəs alır, gecələr ağzı açıq yatır, xoruldayir, yuxusu pozulur.

Belə uşaqlarda bəzən burundan daimi ifrazat gəlir, sinusitlər (haymorit, frontit və s.), qulağın iltihabi (otitlər) baş verir. Burundan ağciyərə oksigen az daxil olduğu üçün hipoksiya əmələ gəlir, bu uşaqlarda gözlərin altının tünd rəngli olması, baş ağrıları, baş gicəllənmə olur. Hər dəfə xəstələndikdə vəziyyət daha da pisləşir.

Beyin oksigenlə zənginləşə bilmədiyi üçün uşaqda yaddaş pozğunluğu, yuxunun narahat olması, hiperaktivlik, iştahsızlıq, gecə sidiyi saxlaya bilməmək (enurez), çəkidən və boydan geri qalma müşahidə olunur.

Əgər əməliyyata ciddi göstərişlər yoxdursa konservativ üsulla (müalicə ilə) bu elametləri aradan qaldırmaq mümkündür. Müalicədə əsas məqsəd səbəbi aradan qaldırmaqdan ibarətdir: düzgün tənəffüs, törədən səbəb bakteriya və ya virusdursa onunla mübarizə aparmaq, allergik fonu aradan qaldırmaq, immun sistemin möhkəmlənməsi, limfoid toxumanın drenaj funksiyasını yaxşılaşdırmaq və bağırsaq mikroflorasini bərpa etməkdən ibarətdir.

Dr. Pediatr-Naturopat Aida Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...