ABORT HAQQINDA

abortAbort, uşaqsalma 28 həftəyədək, yəni dölün həyat əlamətləri olmadan hamiləliyin pozulmasıdır. Abort hərhansı bir xəstəlik nəticəsində özbaşına, yaxud məqsədli, həmçinin ağır xəstəliklər qorxusu olduqda həkim məsləhəti ilə edilir.

Süni abort tibb müəssisələrində aparılır. Xəsətəxanadankənar aparılan abort cinayət sayılır, beləki naşı tibb təhsili olmayan şəxslər tərəfindən edilən abort zamanı gigiyena qaydalarına riayyət olunmur. Təhlükəli kimyəvi və mexaniki vasitələrdən düzgün istifadə edilmir. Nəticədə uşaqlıqda ağır iltihabi proses, ölümlə qurtaran zədələmələr baş verir.

Süni abort

loading...

Süni abort orqanizmə zərərli təsir göstərir, belə ki, hamiləliklə əlaqədar fizioloji yenidənqurma prosesini qəflətətn dayandırır, sinir və endokrin sistemlərində, həmçinin maddələr mübadiləsində funksional pozğunluqlara səbəb olur.

Aybaşı tsiklinin pozğunluqları və cinsiyyət infantilizmi, yəni cinsiyyət orqanlarının natamam inkişafı, keçirən qadınlar üçün ilk hamiləliyin abortu daha təhlükəlidir. Belə qadınlarda ilk hamiləlik son hamiləlik ola bilər. Abortun da digər cərrahi əməliyyatlar kimi ağırlaşmaları məlumdur.

Əgər abort etmək zəruridirsə o zaman qadın məsləhətxanasına gəlib həkim müayinəsindən keçmək lazımdır. Əməliyyata heç bir əks göstəriş olmadıqda həkim müvafiq müalicə müəssisəsinə göndəriş verir.

Abortdan sonra qadın həkim məsləhətinə və xüsusi gigiyena tələbinə ciddi əməl etməlidir. Abortdan sonra 2 həftə müddətində ağır fiziki işlərdən imtina etmək, hər gün hərarəti ölçmək, ümumi vəziyyətə nəzarət, özünü soyuqdəymədən qorumaq, halsız olduqda, qarnın aşağı nahiyyəsində ağrı hiss etdikdə, uşaqlıqdan qanlı ifrazat gəldikdə mütləq həkim-qinekoloqa müraciət etmək lazımdır.

Qadın hər gün səhər və axşam ilıq su ilə özünü yumalı, alt paltarını dəyişməlidir. Əks təqdirdə xəstəliklərədən mikroblar uşaqlığa düşər və iltihabi xəstəliklərin baş verməsinə səbəb olar. Şırınqa etmək olmaz, çünki qanaxma baş verər. Dənizdə, çayda çimmək olmaz, yalnız duş qəbul etmək olar. Bir ay müddətində idmanla məşğul olmaq olmaz, ancaq yüngül fiziki hərəkətlər.

Aybaşının başlama müddəti abortdan qabaqkı kimi olmalıdır, dəyişiklik olsa həkimə müraciət etmək lazımdır. Cinsi həyata aybaşıdan sonra başlamaq olar.

Özbaşına abort

Süni abortdan fərqli olaraq özbaşına abort hər hansı bir xəstəlik nəticəsində baş verir. Səbəbi çoxdur: iltihab, şişlər, cinsiyyət orqanlarının tam inkişaf etməməsi, infeksiyon xəstəliklər, ağır toksikozlar və s.

Özbaşına abort zamanı döl yumurtası uşaqlıq divarından tədricən qopur, qan damarlarını zədələyir. Bu zaman əvvəlcə uşaqlıq əzələlərinin yığılması nəticəsində qarnın aşağı və bel nahiyələrində dövri olaraq tutma şəkilli sızıldayan ağrı, sonra nisbətən az qanaxma olur. Bu mərhələdə aparılan müalicə hamiləliyi saxlamağa kömək edir. Vaxtında yardım edilmədikdə ağrılar artır. Bəzən qanaxma o qədər çox olur ki, qanazlığına səbəb olur. Nəticədə döl yumurtası doğulur.

Çox vaxt döl yumurtası tam düşmür, uşaqlıqda qalığı qalır, buda həyat üçün təhlükə törədən qan itkisinə səbəb olur. Bəzi hallarda özbaşına abort ərəfəsində qadın heç bir narahatlıq hiss etmir. Uşaqlıqdan gələn ifrazat çox olmur, qadın həkimə getmir.

Özbaşına abortun belə uzun sürməsi qadının sağlamlığına pis təsir edə bilər. Belə hallarda xəstəliklərdən mikrobların uşaqlığa keçməsi üçün şərait yaranır. İltihab, sepsis baş verir. Odur ki, qadın kiçik bir narahatlıq hiss edən kimi həkimə müraciət etməlidir.

Özbaşına abort təkrar ola bilər. Belə halda ardıcıl uzunmüddətli müalicə aparılmalıdır. Müayinə olur və özbaşına abortun səbəbləri aşkar edilir. Müayinə və müalicə dövründə qadın hamiləliyin qarşısını almalıdır. Hamiləlik baş verərsə ilk 3 ay müddətində cinsi əlaqədən imtina edilməlidir. Qadın yoluxucu xəstələrlə təmas olmamamlı, çox adam olan yerlərə getməməli, təmiz havada çox olmalı, yüksək kalorili yeməklər yeməli, həyəcanlanmamalıdır.

Kütləvi tibb ensiklopediyası.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...