1 AYLIQ UŞAQ HAQQINDA MƏLUMAT

Əvvəla bunu bilin ki yenidoğulmuş uşağın dərisi düşündüyünüz kimi tərtəmiz, çəhrayı rəngli olmur. Dəridə bəzi səpgilər, şişkinlik, ləkələr ola bilər. Bunların əksəri də müvəqqəti və normal olan elementlərdir. Amma təbii ki bütün bu halları pediatrınıza deməlisiniz.

1 aylıq körpə görə bilirmi? – körpələr ilk ayda 15-30 sm məsafədə olan əşyaları yaxşı görə bilirlər. Daha uzaqda olan əşyaları bulanıq görürlər. Əgər siz ona parlaq və tünd rəngli əşyanı yaxınlaşdırsanız baxışlarını ona cəmləyəcəkdir.

1 aylıq körpə eşidə bilirmi? – körpələrdə eşitmə qabiliyyəti hələ ana bətnindəykən fəaliyyətə başlayır. İncə insan səslərini daha yaxşı eşidir. Bir çoxumuz bunu bilmədən uşaqlarla danışarkən səsimizi incəldirik… Körpələrin ana bətnindəykən ən çox eşitdiyi anasının səsi olduğu üçün, doğulandan başlayaraq anasının səsinə reaksiya verir, onu taniyir.

loading...

1 aylıq körpənin mədə bağırsaq və həzm sistemi haqda– ilk günlər ana betnində udduğu maddələr səbəbilə nəcis yaşılımtıl qara rəngdə olur. Zamanla açıq sarı rəngə doğru rəngini dəyişir.

Yenidoğulmuş körpə gündə 4-5 dəfə nəcis ifraz edə bilər. Bu onun doyduğunu göstərir. Xüsusən ana südü yeyən uşaqlarda tez tez və sulu nəcis ifrazi olur. Bu halda ishal oldu deyə qorxmağa ehtiyac yoxdur. Get gedə kaka sayısı azalacaq və sulu olmayacaqdır.

Körpənin ishal olduğunu necə anlaya bilərəm ?

Kaka sayının hər zamankından çox olması

Pis iyli olması

Qanlı və ya iltihabli olması

Körpədə qızdırmanın olması

Körpələrdə qəbizlik

Əgər körpəniz ana südü ilə qidalanırsa 7 günədək, süni qarışıqla qidalanırsa 3-4 gün böyük bayıra çıxmaması normal sayılır. Amma əgər uşaq narahatdırsa, qarnı əl vuranda bərkdirsə, nəcis ifrazı zamanı aglayırsa, poposunda qanama varsa pediatr baxışı lazımdır.

Dr. Ellada Nağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...