ƏZƏLƏ TOXUMALARI

ƏZƏLƏLƏRİN QURULUŞUƏzələ toxumasının xarakter xüsusiyyəti iradi və qeyri irada olaraq birtərəfli istiqamətlənmiş yığılmasıdır. Bu proses xüsusi yığıcı aparat hesabına olur, buna ATF-nin hidrolizi zamanı alınan ererji sərf olunur. Əzələ toxumasının yığıcı elementlərinin formasının dəyişməsi onların tərkibindəki aktin və miozin zülallarının qarşılıqlı təsirinin nəticəsidir.

Əzələ toxumasının quruluş elementləri mitoxondrilərlə zəngin olub, çoxlu qlikogen və mioglobine malikdir. Əzələ toxuması quruluş xüsusiyyətlərinə, funksiyasına, yerləşmə yerinə və genezinə görə üç növ müxtəlifliyinə ayrılır: saya, eninə zolaqlı, neyroqlial, yaxud epitelial mənşəli əzələ toxuması.

Eninə zolaqlı əzələ toxuması skelet və ürək əzələsinə ayrılır. Ürək əzələsi işçi və keçirici əzələyə ayrılır. Üçüncü növ əzələyə tər, süd, tüpürcək vəzlərinin mioepiteliositləri, qüzehli qişanın miopigmentositləri və göz bəbəyini daraldan əzələ aiddir. Əzələ toxuması 5 mənbədən: mezenxima, epidermal, neyral, selomik və somatik (miotomlar) inkişaf edir. İlk üç mənbədən yaranan əzələ toxuması saya əzələyə, 4-cü və 5-ci mənbədən yaranan əzələ eninə zolaqlı əzələyə aiddir.

loading...

Saya əzələ toxuması

Saya əzələ toxuması mezenximadan inkişaf edir.

Funksiyası vegetativ sinir sistemi ilə idarə olunur və qeyri iradi əzələdir. Bu toxumanın maya hüceyrələri fibroblastlara qohumdur. Bu hycerələr fibroblastlar kimi qlükozoaminoqlikanlar və kollogen molekulları sintez edir.

Saya əzələ hüceyrələri iyvari, uzunluğu 10-500 mkm, qalınlığı 10 mkm-dır. Nüvə çubuqvari olur, hüceyrə mərkəzində yerləşir. Ümumi əhəmiyyətli orqanellərdən ən çox mitoxondrilər olur. Holci kompleksi və endoplazmatik şəbəkə zəif inkişaf etmişdir. Bu isə onların sintetik fəaliyyətinin zəifliyi ilə əlaqədardır. Sitoplazmada çoxlu pinositoz qovuq və kaveollar yaradır. Bunların köməyi ilə sitoplazmaya kalsium ionları daxil olur. Ribosomlar səpələnmiş formadadır, sitoplazmada qlükogen dənələri olur.

Yığıcı aparatı miofilamentlər olub, hüceyrənin kənarında boylama istiqamətdə yerləşir. Miofilamentlər aktin, miozin və ara filamentlərə ayrılır. Miozin miofilamentlərin qalınlığı 17 nm, aktin mioflamentlərin qalınlığı 7 nm, ara miflamentlərin qalınlığı isə 10 nm dır.

Hər bir miosit üstdən bazal zarla örtülüdür. Hər bir miositin ətrafında kollogen və elastiki liflərdən endomiziy formalaşır. Bu miositlərin birləşməsini təmin edir və hüceyrələrin yığılmasına endomiziy mane olmur.

Hüceyrələrin bazal membranına retikulyar liflər bəndlənir.

Saya əzələ toxuması boşluqlu orqanların, qan və limfa damarlarının divarında qatlar əmələ gətirir.

Əgər əzələ layında birləşdirici toxuma zəifdirsə, onda miositlər desmosom tipində birləşir. Əzələ layında bir miosit bir necə miositlə təmasda olur. Bu təmas sinir impulsunun tez yayılmasını təmin edir. Daxili orqanların divarında əzələ layları əzələ qişaları əmələ gətirir.

Saya əzələ toxumasının regenrasiyası, funksiyası güçlənəndə kompensator hipertrofiya kimi əmələ gəlir. Bu proses fizioloji regenrasiyadır. Bu proses ən çox boğazlıq zamanı balalıq divarında olur. Fizioloji regenrasiya zamanı miositlərdə sintetik proseslər güçlənir, nüvə fəallaşır, endoplazmatik tor, ribosomlar və kompleks Holcinin miqdarı artır. Bəzi miositlər bölünür, çoxalır. Regenrasiya zamanı miofibroblastlar miositlərə çevrilir.

Skelet əzələsi. İradi əzələ olub, lifvari quruluşdadır. Eninə zolaqlıdır. Bu toxuma bədəndə, başda, ətraflarda, qırtlaqda, udlaqda, yem borusunun yuxarı hissəsində, dildə və düz bağırsağın arxa hissəsinin divarında yerləşir. Eninə zolaqlı əzələnin quruluş və funksional vahidi əzələ lifidir.

Əzələ lifinin uzunluğu 10-100 mkm, bəzən 12,59 sm olur. Əzələ lifi uzun qaytanvari olub, iki yuvarlaq uçu ilə vətərə keçir. Əzələ lifi sarkoplazmadan ibarətdir. Sarkoplazmada 10-100 qədər nüvə olur. Nüvələr sarkoplazmanın kənarında yerləşir. Sakoplazmanı sarkolemma örtür. Sarkoplazmada yığıçı aparat orqanellər, əlavələr və hialoplazma olur.

Yığıcı aparat boylama istiqamətdə yerləşən miofibrillərdən ibarətdir. Miofibrillər açıq və tünd zolaqlardan ibarətdir. Bir lifdə miofibril diskləri eyni səviyyədə qalır. Buna görə də əzələ lifində tünd və açıq zolaqlar görünür.

Polyarizasiya olunmuş işıqda tünd zolaqlarda işığın ikişər sınması olur. Belə zolaqlar anizotrop yaxud A zolaqları adlanır. Açıq zolaqlar izotrop yaxud I zolaqları adlanır. Hər bir I diskin ortasından tünd zona Z – telefragma keçir. A diskin ortasında açıq zonada tünd H xətti keçir. Tünd xəttin ortasında M- mezofragma yerləşir.

Miofibrilin quruluş vahidi sarkomerdir. Miofibrildə sarkomerlər bir-birinin arxasında yerləşir. Sarkomer miofibrilin elə bir sahəsidir ki, Z xəttindən I diskin yarısından A diskindən və H xəttindən ibarətdir. A diski 5 nm uzunluqda qalın, İ diski isə 1,5 nm uzunluqda nazik miofilamentlərdən təşkil olunmuşdur. Qalın mioflamentlər miozindən, nazik mioflamentlər isə aktin, tropomiozin və tropindən təşkil olunmuşdur.

Sarkomerin istinad apparatı Z və M xətləridir. Əzələ lifində tənəffüs fermentləri, hemoglobinin analago olan mioglobulin və zülallar olur.

Əzələ lifinin üstündə daxili və xarici qatlardan ibarət sarkolemma yerləşir. Daxili qatı plazmolemmadır. Xarici qat bazal zardan və ona söykənmiş lifli strukturlardan ibarətdir.

Bazal zarın xaricində yerləşən birləşdirici toxuma lifləri əzələ lifinin endomiziyi adlanır. Endomiziy qan damarları və sinir liflərilə zəngindir. Endomiziy bir qrup lifi örtən perimiziy qişası ilə birləşir. Bir neçə lif dəstəsinin peremiziyi xarici birləşdirici toxuma qişası olan epimizi ilə birləşir.

Epimiziy bir necə lif dəstəsini əzələ şəklində birləşdirir.

Ürək əzələsi. Əzələ toxumasının bu növü qeyri iradidir, ürəyin orta qişasını əmələ gətirir, mezodermanın visseral vərəqindən inkişaf edir. Bu əzələnin hüceyrələri kardiomiositlər adlanır. Bu hüceyrələr bir-birilə öz qurtaracaqları ilə birləşərək, əzələ lifinə oxşar forma yaradır.

Qonşu miositlər arasında Z xəttinə analoji olan ara disklər yerləşir. Bu disklər ürək əzələsinin mexaniki davamlılığını təmin edir və kardiomiositlər arasında elektrik əlaqəsi yaradır.

Kardiomiositlərin quruluş və funksiyasından asılı olaraq ürək əzələsi işçi və keçirici əzələyə ayrılır. İşçi əzələ ürək əzələsinin çox hissəsini təşkil edir. Kardiomiositlərin birbirilə birləşməsi çıxıntılar və ya anastomozlarla olur.

Hüceyrələr bir nüvəli, bəzən iki nüvəli olur. Nüvə ovalvari olub, mərkəzdə yerləşir, sitoplazmada miofibrillər, orqanellər, əlavələr və hialoplazma yerləşir. Mitoxondrilər, Holci kompleksi və endoplazmatik şəbəkə yaxşı bilinir, əlavələrdən glikogen və lipofussin piqmenti dənələri olur.

Lipofussin piqmentinin miqdarı yaşla əlaqədar mütənasib olaraq artır. Hüceyrənin periferiyasında miofibrillərdən ibarət yığıcı aparat yerləşir. Miofibrillər əzələ toxumasında olduğu kimi anizotrop və izotop disklərdən təşkil olunmuşdur, diametri 1-3 mkm-r və eninə zolaqlıdır.

Plazmolemma Z xətti səviyyəsində daxilə qabararaq T sistemin borucuqlarını əmələ gətirir. Plazmalemma F sisteminə və ürək miositlərinin daxilinə keçən depolyarizasiya dalğası aktin miofilamentlərinin miozin miofilamentlərə görə sürüşməsini təşkil edir. Nəticədə əzələ toxuması yığılır.

Keçirici əzələ hüceyrələri işçi əzələ hüceyrələrinə nisbətən böyük diametrə malikdir, armudvari və ya uzunsov olub, anastomazlarla zəngindir. Nüvə açıq rəngdə olub, xromatini azdır, mərkəzdə yerləşir, nüvəciklər aydın görünür. Sitoplazmada glikogen çox, mitoxondrilər az olur, miofibrillər hüceyrə kənarında yerləşir, eninə zolaqlıdır, mioglobulin və digər hüceyrə sturukturları az olur. İşçi miositlərlə keçirici miositlər desmosom və ya yarıqvari kontaktla birləşir. Keçirici əzələ ürəkdə oyanmanı keçirir.

Xüsusi əzələ toxulması tər, piy süd vəzilərinin tərkibinə daxil olan hüceyrələrdir. Bu hüceyrələrdə miofilamentlər yığıcı zülallardan təşkil olunmuşdur və epileli toxumasından inkişaf edir. Neyroglial mənşəli əzələ toxuması hüceyrəvi quruluşa malik olub, göz bəbəyini daraldır və gözün qüzehli qişasında yerəlşir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...