ƏN YAXŞI AĞARDICI MASKALAR

Ev şəraitində effektli ağardıcı maskaları hazırlamaq olar.

Maskalar dərinin rəngini yaxşılaşdırır, piqment ləkələri və çilləri daha görünməz edir, yüngül pillinq effekti verir.

Maskaların reseptlərini:

loading...

Limon maskası

1/2 limon (qabıqlı) blenderdə əzilir, 1 x.q. üyüdülmüş düyü əlavə olunur, qarışdırılır. Maska üz və boyun dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.

Çiyələk maskası

6-7 iri çiyələk blenderdə əzilir, üz və boyun dərisinə çəkilir. Maskanı 15 dəqiqə ərzində saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.

Qatıq maskası

2 x.q. qatıq 1 ç.q. narın duzla qarışdırılır, üz və boyun dərisinə çəkilir, yüngül massaj edilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...