ZÜLALLAR, YAĞLAR VƏ KARBOHİDRATLAR

ZülalZülallar orqanizmin bütün orqanlarının və toxumalarının tərkib hissəsidir və bütün həyati proseslər: maddələr mübadiləsi, yığılma, qıcıqlanma, böyümə, çoxalma və təfəkkür qabiliyyətləri onlarla sıx əlaqədədir. Qidanın zülallarının əsas əhəmiyyəti yeni hüceyrələrin, toxumaların qurulmasında, gənc böyüyən orqanizmin inkişafını və daha yetkin yaşlarda dağılmış, ömrünü sürmüş hüceyrələrin regenerasiyasında iştirak etməkdən ibarətdir.

Qidanın təkibindəki zülallardan orqanizmin zülalları, fermentlər, hormonlar, anticisimlər sintezləşir. Zülallar qanın oksigeni, lipidləri, karbohidratları, bəzi vitaminləri, hormonları daşımasında iştirak edirlər. İnsan orqanizminin zülal ehtiyatı olmur. Zülal orqanizmə qida ilə daxil olur və rasionun əvəzolunmaz komponentlərinə aiddir.

Amin turşularına olan ehtiyacın ödənilməsi üçün qida ərzaqlarının kombinasiyasını limitlənən amin turşularının, məsələn, dənli və süd məhsullarının qarşılıqlı tamamlanması prinsipinə görə istifadə etməklə təmin etmək məqsədə uyğun olardı. Zülala olan gündəlik ehtiyac 80-120 qr. təşkil edir, həm də nəzərə almaq lazımdır ki, bu miqdarın 55% heyvan mənşəli zülal olmalıdır. Zülalın bu miqdarı orqanizmin 12% enerji ehtiyacını təmin edir.

loading...

Yüksək enerji dəyərinə malik olmaqla bərabər, yağlar lipid strukturlarının, ilk növbədə hüceyrə zarlarının biosintezində vacib rol oynayır. Heyvan mənşəli yağlar yüksək ərimə temperaturlu dolğun yağ turşularından ibarətdir. Bitki mənşəli yağların tərkibində xeyli miqdarda polidoymamış yağ turşuları olur.

Rasionda həm heyvan mənşəli, həm də bitki mənşəli yağlar olmalıdır. Yağlar orta hesabla rasionun 30%-ni təşkil etməlidir. Fizioloji cəhətdən tamdəyərli rasionda bitki yağları ümumi yağların miqdarının 30%-ni təşkil edir.

Karbohidratlar insan rasionunun əsas hissəsini təşkil edir. 60%-ə qədər karbohidrat insan orqanizminə dənli bitkilərlə, 14-26%-ə qədəri şəkərlə və qənnadı məmulatlarla, 10%-ə qədəri – giləmeyvələr və meyvəköklülərlə 5-7%-ə qədəri tərəvəz və meyvələrlə daxil olur.

Karbohidratlar mənimsənilən və mənimsənilməyənlərə ayrılır. Mənimsənilən karbohidratlara qlükoza, laktoza, saxaroza, maltoza və alfa-qlükonlu polisaxaridləri-nişasta, dekstrin və qlikogeni aid etmək olar. Mənimsənilməyən karbohidratlar (sellüloza, hemisellüloza, pektin maddələri, lingnin və s.) həzm yollarının fermentləri tərəfindən parçalanmır, lakin bağırsağın mikroflorasının təsiri altında parçalanmaya məruz qalır.

Yaşlıların rasionuna daxil olan karbohidratlar orqanizmin enerji ehtiyacının 55%-ni təmin etməlidir. Karbohidratların optimal tərkibi 75% nişastadan, 20% şəkərdən, 3% pektin maddələrindən, 2% sellülozdan ibarət olmalıdır.

loading...

Bunuda oxu...