ZOB VƏ ÜRƏK XƏSTƏLİKLƏRİ

zobZob termini bu gün çox istifadə olunur, ümumi olaraq qalxanvari vəzin (tiroid) funksiyasının artması və ya azalması deməkdir. Dünyada 685 milyon, Azərbaycanda ise 17 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Bu göstəricilər hər il 5% olaraq artmaqdadır.

Tiroid hormonun çoxluğu və ya azlığı (“zob“) halında ürək qan damar sistemində ciddi dəyişikliklər yaradır. Tiroid hormonun çoxluğu (zəhərli zob) ilkin olaraq ürək döyünmələrin artması, aritmiya ilə özünü göstərir. Bir dəfədə ürəyin vurduğu qan miqdarı artar.

Ürəyin işi artdığı üçün oksigenə olan təlabat artar və döş qəfəsində ağrıya səbəb olar. Hormonun çox ifrazı arteriyal təzyiqin yüksəlməsi ilə nəticələnir. Uzun müddətli ürəkdöyünmə, oksigen çatığmazlıgı ürəyi gücdən salar, yüksək təzyiqin də qoşulduğu bu xəstəlik ürəyin genişlənməsi və ürək çatışmazlığı ilə nəticələnir. Çox təəssüf ki artıq sonuncu geriyə dönməz prosesdir.

loading...

Tiroid hormonun azlığı (hipotiroidi) ürəyin funksiyasının azalması ürəkdöyünmənin azalması, ürək əzələsinin zəyifləməsi, ürəyin qovduğu qanın miqdarının azalması müşahidə edilir. Ürəyin atım gücü zəyif olduğu üçün maye ağ ciyər və yumşaq toxumalarda, ətraflarda toplanar.

Nəfəs darlığı ayaqlarda şişkinlik, yorğunluq ürək çatışmazlığının ilk və vacib əlaməti ola bilər. Hormonun azlığı halında qaraciyərdə LDL reseprotları sintezi azalar beləliklə qanda bədxassəli xolesterin yüksələr. Xolesterinin uzun müddət nəzarətsiz qalması ürək damarlarıda tutulmaya səbəb olar.

Qan damarlarıda zərtlik və daralma yarandığı üçün bu xəstələrdə də yüksək təzyiq aşkarlanar. Bir sözlə qalxanvari vəzin funksiyasının artması və ya azalması ürəyin işinə mənfi təsir göstərir və bir çox ürək xəstəliklərinin yaranma səbəbidir.

Dr. Sənubər Talıbova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...