ZƏRƏRLİ VƏRDİŞ YARADAN MADDƏLƏR

SiqaretZərərli vərdiş yaradan maddələr dedikdə, ilk ağla gələn alkohol olur. Alkohol zərərli vərdiş yaradan maddələrdən ən birincisi olmaqla bərabər, bura başqaları da əlavə oluna bilər. Bunlardan morfm, heroin, həşiş, LSD (lizergin turşusunun dietilamidi) ən çox yayılmış olanlarıdır.

Hətta tibbdə istifadə olunan sakitləşdirici (hipnosedativ), yuxugətirici (barbituratlar), təlqinedici (amfetaminlər) dərmanlar və narkotik maddələr də diqqətsiz və uzun müddət qəbul edildikdə, zərərli vərdiş (asılılıq) əmələ gətirir.

Narkotik maddələr. Bu ad altında verilən maddələrin əksəriyyəti xaşxaş bitkisindən iki yolla əldə edilir:

loading...

1) Xaşxaş bitkisinin toxumu yetişməmişdən əvvəl bıçaqla kəsilir və axıb tökülən mayenin gündə qurumasından əldə edilən tiryək saqqızından hasil edilir.

2) Yetişmiş toxumu qurumuş artıqlarından əldə edilir.

Xaşxaş bitkisinin toxumundan əldə edilənlər: tiryək, morfın, kodein, tebain, hidromorfın, heroin (yarımsintetik).

Meperidin və metadon isə tamamilə sintetik üsulla laboratoriyalarda hazırlanan narkotik maddələrdir. Meta- dondan heroin mübtəlalarının müalicəsində daha az zərərli bir maddə kimi istifadə edilir.

Narkotik maddələr ağrıkəsici və yuxugətirici kimi işlədilir. Məsələn, morfin çox şiddətli ağrıları olan xərçəng xəstəliyinə tutulanlara ağrıkəsici dərman kimi həkim nəzarəti altında verilir. Kodein öskürəkkəsici maddə kimi işlədilir.

Zərərli vərdiş yaradan dərmanlar aşağıdakı kimi səciyyələndirilə bilər:

həmin maddələr mərkəzi sinir sistemində, yəni beyində, beyincikdə və onurğa beynində nəzərə çarpan dərəcədə dəyişiklik və ya depressiya törədir və nəticədə insanın təfəkküründə, xasiyyətində və zehni qabiliyyətində dəyişikliklər olur: davranışı, bədənində gedən maddələr mübadiləsi pozulur.

Belə maddələrdən istifadə edən şəxslərdə iki cür zərərli vərdiş olur.

Psixi asılılıq. Zərərli vərdişlərə mübtəla olmuş bir şəxsin, məsələn bir alkoholikin və ya narkomanın içkini, yaxud narkotik maddələri davamlı olaraq qəbul etmək arzusu meydana gəlir. Alkoholik içkini, narkoman narkotik maddələri müəyyən zamanlarda tapa bilməzsə və ya istifadə etməzsə, o zaman onlarda psixi rahatsızlıq, kefsizlik və əsəbilik əmələ gəlir.

Fiziki asılılıq. Alkoholik və ya narkoman, yəni içkiyə və ya narkotik maddələrə mübtəla olmuş şəxs bu işə elə vərdiş edir ki, onun bədən hüceyrələrinin normal fəaliyyətdə olması müəyyən zamanlarda alkoholun qəbul edilməsindən asılı olur.

Alkoholun kəsilməsi mübtəla olmuş şəxsdə abstinensiya («məhrumiyyət mənzərəsi», özünü saxlama) adlandırılan vəziyyətin yaranmasına səbəb olur. Belə şəxs pis xəyallar görür, gözünün qabağına ilan, əqrəb kimi heyvanların gəldiyini söyləyir.

loading...

Bunuda oxu...