ZƏLİ

ZəliZəli şirin suda yaşayan, 8-12 sm uzunluğunda, zeytuni-yaşıl rəngli ikicinsiyyətli qurddur. Zəlinin bədəninin ensiz baş tərəfində sormac vardır, onun içərisində xırda dişli çənə ilə birlikdə ağız yerləşir. Zəli bu dişləri dəriyə batırıb qan sorur. Bu vaxt о qana hirudin adlanan
maddə buraxır, həmin maddə qanın laxtalanma qablliyyətini azaldır.

Hipertoniya xəstəliyinin serebral formasında, insultqabağı, yerli qan
durğunluğunda, qan dan damarlarında və qadın cinsiyyət üzvlərində iltihab prosesi olduqda, qaraciyərdə qan durğunluğunda, tromboflebitlərdə və s. də qan çıxarmaq və qanın axınını yayındırmaq üçün xəstəyə zəli qoyurlar. Qanın laxtalanma qabiliyyətinin pozulması, dəri xəstəlikləri, qanazlığı və eyni vaxtda antikoaqulyantlarla müalicə aparılması zəli qoyulmasına əks-göstərişdir.

Qanburaxmanın başqa metodları, ilə müqayisədə zəli qoymağın üstünlüyü onu hər hansı bir nahiyəyə (yerli) qoymağın mümkün olmasıdır. Zəlini çay və ya su kəməri suyu tökülmüş bankada saxlayırlar, hava girməsi üçün bankanm ağzmı tənziflə örtürlər. Bankanın suyunu hər gün dəyişmək lazımdır. Bankanı pəncərədə, mümkün qədər 10-15°S temperaturda saxlayırlar.

loading...

İstifadə üçün ancaq sağlam və ac, suda tez yeriyən zəlilər yarayır. Zəlinin süst yeriməsi, bədənində düyünləri bərkimiş yerlər, bədənin yapışqan olması zəlinin xəstə olmasını və istifadəyə yaramadığnı göstərir. Vena və arteriyalar səthi yerləşən (üzdə olan) yerlərə zəli qoymaq olmaz, çünki bu yerlardə dəri çox nazik və həssasdır, yaxud dərialtı birləşdirici toxuma çox yumşaqdır (xaya). Həmçinin əlin ovucuna və ayağın altına da zəli qoymaq olmaz, çünki burada dəri çox qalındır.

Çox vaxt zəlini qulağın ardına, ürək, qarəciyər nahiyəsinə və ətraflara qoyurlar (tromboflebitlərdə). Məməvarı çıxıntılara zəlini şaquli xətt üzrə, qulaq seyvanından 1 sm kənara qoyurlar; ürək nahiyəsinə – üçüncü, dördüncü, beşinci qabırğaarasına döş sümüyündən 1 sm sola qoyurlar, qaraciyərdə durğunluq olduqda – zəlini qabırğaların kənarı boyunca qoyurlar.

Zəlini ancaq həkim təyin etdikdə qoyurlar. Xəstə uzanır. Qabaqca steril lotok və pinset, bir şüşə hidrogen-peroksid, azca duz vurulmuş su, menzurka, qlükoza məhlulu, steril tamponlar, salfetkalar, sarğı materialı hazırlayırlar. Zəli qoyulacaq yeri ülküclə qırxır, su ilə yuyur və qurulayırlar. Zəlinin dəridən daha yaxşı yapışması üçün dərini şirin su ilə isladırlar. Ətirli sabun, efir işlətmək və dərini yodla silmək olmaz, çünki zəli yapışmayacaqdır. Zəlini pinsetlə götürür, quyruq tərəfi aşağı, başı yuxarıda olmaqla sınaq şüşəsinə və ya menzurkaya sahıb sınaq şüşəsini dərinin üzərinə qoyur və zəlinin yapışmasını gözləyirlər.

Adətən, zəli 30 dəqiqədən 60 dəqiqəyə qədər qalır və özü düşür. Zəlini bundan tez götürmək lazım gəldikdə dərini duzlu su ilə isladırlar. Zəli sormağı dayandırdıqda ona əl vuran kimi təzədən sormağa başlayır. Zəlini qopartmaq olmaz, yoxsa xəstənin dərisi yaralanar və xeyli qan axa bilər. Нər zəli 2 – 10 ml qan sora bilir. Yaradan 10 ml-dən 40 ml-ə qədər qan axa bilər. Zəli dişləyən yerlərdən bir sutka və bundan çox qan gələ bilər. Qan axan yerlərə aseptik sarğı qoyur, bəzən lap sıx bağlayırlar. Yaralar 2 – 3 gündən sonra sağalır.

Adətən, xəstəyə 6-12 arası zəli qoyurlar. Zəlidən ancaq bir dəfə istifadə edir, sonra onu duzlu suya, formalin məhluluna və ya naşatır spirtinə qoyub kanalizasiyaya axıdırlar. Xəstəyə təkrar zəli qoymaq lazımsa, bir neçə gün keçməlidir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...