ZƏKA NƏ DƏRƏCƏDƏ GENLƏRƏ BAĞLIDIR?

İnsanın doğulduğu gündən ölümünə qədər demək olar ki hər şeyində genlərin rolu vardır. Hər valideyn övladı dünyaya gəldiyində özü ilə onun arasında oxşarlıq axtarır. İnsanın fiziki, zahiri görünüşünün xüsusiyyətləri ata-anadan keçirsə, zəka səviyyəsinin də 40-50%i də ana-atadan keçir. Qalan faizi isə doğuma qədərki və doğumdan sonrakı həyatı, qidalanma, ətraf aləmin təsiri və s. kimi şərtlərə bağlıdır.

İnsan zəkası genlərə bağlıdır? Genetika daha əsasdir yoxsa mühit faktoru? Bu sual əsrlər boyu insanları düşündürüb. Aparılan tətqiqatlardan məlum olub ki bəli, insanda anadangəlmə bir zəka səviyyəsi var. Ancaq bu səviyyə müsbət və mənfi təsirlər nəticəsində dəyişə bilir. Zəka doğuşdan gəldiyi səviyyədə qalmır.

İnsan sağlam bir şəkildə dünyaya gəldiyi zaman 100 milyon beyin hüceyrəsinə sahib olur, ancaq demək olar ki bunların 100 mini də istifadə olunmadığına görə məhv olur. Bunun üçün beyni inkişaf etdirən oyunlar və məşğələlər, zehni qidalandiran nemətlərlə beynimizi təmin etməliyik.

loading...

Tətqiqat üçün alimlər bir qrup uşaqları körpliklərindən məktəb yaşına qədər “zehni inkişaf” proqramina qoşurlar. Eyni zamanda həmin uşaqların ailələrinə də uşaqların inkişafı istiqamətində proqram verilir.

Uşaqlar 9 yaşa çatdığında onların intellekt səviyyəsi olçülür və 108 cixir. Müqayisə etmək üçün proqrama qoşulmayanların da intellekt səviyyəsi ölçülür, nəticə 108dən çox aşağı və 80 çıxır.

Bu tədqiqat göstərir ki uşaqların zəkasının inkişafi üçün edəcəyimiz şeylər çoxdur. Əsas məsələ hansı amillərin müsbət hansılarilnsa mənfi təsir göstərə biləcəyini bilməkdir.

Dr. Nərmin İslam

loading...

Bunuda oxu...