ZƏHƏRLİ İNSAN

aksiyeteBilirsiniz, “zəhərli insan” anlayışı var. Bəs özünüzə heç bu sualı vermisiniz ki, “görəsən mən özüm bu yaşıma çatıb, zəhərli insana çevrilmədim ki?”

Bu xüsusiyyətlərdən ən azı 4 – ü Sizə tanış gəlirsə, deməli artıq “zəhərlənmisiniz”…

  1. Valideynləriniz ilə ünsiyyətdən qaçırsınız.

  2. Digər insanlar öz hərəkətləri ilə “qəsdən” Sizi əsəbiləşdirir, özünüzdən çıxmağınıza “səbəb” olurlar (Siz belə düşünürsünüz)

  3. Tez-tez internetdə mübahisə edirsiniz, hər məsələdə şərh yazıb, hər kəsə “yerini” göstərirsiniz.

  4. Digər insanlar Sizə səs tonuna görə irad bildirirlər.

  5. Öz məqsədinizə çatmaq üçün insanları çətin seçim qarşısında qoyursunuz.

  6. Üzr istəmək “Sizlik deyil”.

  7. Tez-tez insanları, dövləti, bəşəriyyəti tənqid edirsiniz.

  8. Mübahisə zamanı öz fikrinizi deyib, dərhal yoxa çıxırsınız. Qarşı tərəfə fikrini demək üçün heç bir şans vermirsiniz.

  9. Digər insanlara kompliment etməyi, xoş söz deməyi mənasız görürsünüz, doğma insanlara onları sevdiyinizi demirsiniz.

  10. Hər şeyin – həyatın, dünyanın, millətin, taleyin, bildiyiniz hər şeyin Sizə qarşı olduğuna inanırsınız.

Bu bəndlər Sizə tanış gəlirsə, deməli zəhərlənmisiniz. Zəhərin həyatınızı iflic edib, sevinməyə, xoşbəxt olmağınıza mane olmasını istəmirsinizsə, buna qarşı mübarizə aparılmalıdır.

loading...

Konsultasiya zamanı psixoloq kimi vəzifələrimdən biri insanlara “güzgü” olmaqdır. Biz özümüzü güzgüdə görməliyik ki, öz problemlərimizi həll edə bilək.

Psixoloq Nizami Orucov.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...