ZƏHƏRLƏNMƏLƏR

ZƏHƏRLƏNMƏLƏRZəhərləyici maddələr kimyəvi, bioloji ola bilər. Bunlar qısa bir müddət ərzində adamları və heyvanları güclü surətdə zəhərləyir, müxtəlif orqanlarını zədələyir.

Zəhərli maddələr tənəffüs orqanlarından, dərinin və selikli qişaların səthindən,həzm yollarından orqanizmə daxil olaraq daxili orqanları da zədələyir.

Zədələnmə dərəcəsi zəhərlənmənin sürətindən, ağırlığından, hansı yollarla keçməsindən, orqanizmin öz vəziyyətindən asılıdır.

loading...

Güclü təsirli kimyəvi zəhərli maddələrə ammonium, xlor, hidrogensulfid, kükürd qazı, azot oksidləri və digər maddələr aiddir.

Zəhərli maddələr zəhərləyici təsirlərinə görə aşağıdakı qruplara bölünür: Neyroparalitik təsirli zəhərləyici maddələr. Bu qrupa ən güclü təsir edən fosforlu üzvi maddələr – zarin, zoman və başqaları aiddir. Bunlar orqanizmə dəri və selikli qişalardan, tənəffüs, mədə-bağırsaq yollarından, yaralardan və zədəli nahiyələrdən keçir. Onlar buxar, qaz və maye halında ola bilər.

Dəridə irinli yara əmələ gətirən zəhərləyici maddələr qrupuna əsasən iprit kimi maddələr daxildir.

Ümumi zəhərləyici təsirli maddələr. Bunlara sianid turşusu və xlorsian aiddir. Sianid turşusu ilə zəhərlənmədə ölüm dərhal baş verə bilər.

Tədricən zəhərlənmə hallarında ağız acı, sonra keyləşmiş olur, ürəkbulanma, başağrısı, halsızlıq, təng-nəfəslik, qıclıq baş verə bilər.

Sonra keyləşmə olur. Boğucu təsirli zəhərləyici maddələr. Bunlara fosgen aiddir. Boğazda göynəmə, başgicəllənməsi, ümumi halsızlıq, tənəffüsün çətinləşməsi, güclü ürəkdöyüıımə baş verir.

Gözyaşardıcı və qıcıqlandırıcı təsirli zəhərli maddələr. Gözlərin reseptorlarıııa təsir edən maddələr olub, bunlara xlorpikrin və xlorasetofenon aiddir.

Qıcıqlandırıcı zəhərli maddələr yuxarı tənəffüs yollarını qıcıqlandıraraq asqırmaya, öskürməyə və qusmaya səbəb olur. Difenilxlorarsin, adamsit və s. belə maddələrdir.

Zəhərləyici maddələrlə zəhərlənərkən ilk tibbi yardım. Kimyəvi maddələrlə zəhərləndikdə insanın həyatını xilas etmək üçün bir sıra antidotlardan – zəhər əleyhinə maddələrdən istifadə etmək lazımdır. Bu maddələr dərhal orqanizmə yeridilməlidir.

Zəhərlənmə ocağında aşağıdakı tədbirlər həyata keçirilməlidir: ilk növbədəs zədələnmiş adamı ocaqdan kənar etmək, paltarına və dərisi üzərinə hər haıısı kimyəvi zəhərli maddə düşübsə, təmizləmək lazımdır.

Sonra zəhər əleyhinə maddə vurulur. Lazım gəldikdə, süni tənəffüs verilir. Boğucu qazlarla zəhərlənmə zamanı süni tənəffüs vermək olmaz.

Ağız boşluğu, burun boşluğu, gözlər yuyulur və s. Xəstə təmiz və isti havalı yerə aparılmalıdır.

Zəhərli heyvanlar dişləyərkən ilk tibbi yardım. Zəhərli ilan adamı sancdıqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra ilanların zəhəri insan üçün qorxulu və öldürücüdür.

İlk tibbi yardım zamanı ilanın dişlədiyi yerdən yuxarıda turna qoyulur. Sonra yara yerinə qansoran banka qoymaqla və ya sormaqla zəhər kənar edilir, ilan sancmış yeri 1 faizli kalium-permanqanat məhlulu ilə yuyur, buraya soyuq kompres qoyurlar. Belə şəxs tezliklə həkimə çatdırılmalıdır.

İlan zəhəri əleyhinə serum vurmaq zəruridir. Arı, eşşəkarısı və at qarışqası sancarkən dəri bir qədər şişir, bərkiyir, cücünün tikanı orada qalır. Bu cücülər bəzən dəstə ilə adama hücum edir; ağır zəhərlənmə, hətta ölüm baş verə bilər.

Zəhərli hörümçəklər, əqrəb dişləyərkən onlar neyrotoksik zəhər ifraz edir ki, bu da tənəffüs mərkəzini iflic edir, qıclığa səbəb olur, ilk tibbi yardım zamanı həşəratın neştəri çıxarılır, yerinə buz qoyulur. Tibb müəssisəsinə çatdırılır.

Zəhərli göbələk və digər bitkilərin yeyilməsi zəhərlənməyə və bir sıra hallarda ölümə səbəb olur. Bu zaman ilk tibbi yardım göstərərkən zərərçəkmiş adamın mədə- bağırsağı yuyulur, təmizlənir, işlətmə dərmanı verilir. Zəhərlənmə vermiş qida müəyyənləşdirilir və ona qarşı maddə yeridilir.

Ona görə də zəhərli göbələkləri tanımaq, onları yeməmək məsləhətdir.

Zəhərli göbələklərə milçəkqıranı, solğun əzvay, yalançı kötük, yalançı tülküqulağmı və s. misal göstərə bilərik.

Bir sıra zəhərli bitkiləri: oleandr, bat-bat, dəlibəng və s., insanlar yedikdə, hətta əllə qırdıqdan, əzdikdən sonra əli yumadan qida qəbul etdikdə də zəhərlənmə törədə bilər.

Dərmanlardan zəhərlənmələr. Dərmanların təsirindən baş verən kəskin zəhərlənmələr bir çox hallarda onlardan səhvən istifadə edilərkən, yaxud təyin edilmiş dozadan artıq miqdarda qəbul etdikdə və bəzən orqanizmin həmin dərmana qarşı həssaslığının artması nəticəsində meydana çıxır.

Atropin və atropin qrupunun nümayəndələri, belloid, bellospan, skopolamin, bellataminal, dəlibəng, bat-bat, hiossiamin və sairə ilə zəhərlənmə həm dərman preparatlarının təsirindən, həm də həmin alkaloidlər olan bitkiləri yedikdə baş verir.

Zəhərlənmənin əlamətləri. Zəhərlənmənin yüngül formasında bəbəklər genəlir, işığa reaksiya vermir, akkomodasiya pozulur. Orta formalı zəhərlənmədə ağızda, burun-udlaqda susuzluq, udma prosesinin pozulması, səsin kallaşması, dərinin diffuz hiperemiyası, nəbzin sürətlənməsi, qəbizlik, bəzən ishal, öyümə-qusma törənir, zəhərlənmənin ağır formasında ümumi narahatlıq, temperaturun yüksəlməsi, xüsusilə uşaqlarda, taxikardiya, tənəffüsün sürətlənməsi, qıcolmalar baş verir.

Bir neçə saatdan sonra mərkəzi sinir sisteminin oyanma vəziyyəti süstləşmə, depressiya, ilə əvəz edilir, əzələlər tonusdan düşür, koma törənir, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.

Zəhərlənmənin əlamətləri. Yüngül formalı zəhərlənmə zamanı ümumi zəiflik, temperaturun düşməsi, qulaqlarda küy, ürəkbulanma, qusma, bu vaxt huş itmir, və təngnəfəslik olur. Ağır formalı zəhərlənmə preparatların qəbulundan bir neçə dəqiqə sonra başlanır. Bu zaman qusma, klonik və tonik qıcolmalar, yuxuya meyllik, sayıqlama, ağızdan su axma, huşun itməsi və koma meydana çıxır.

Bəbəklər genəlir, qan təzyiqi düşür, nəbz zəif və səthi olur, göyərmə, hipoksiya və asidoz vəziyyəti əmələ gəlir, qan dövranının dinamikası pozulur. Ağır zəhərlənmələrdə hepatit, nefrit, mədə xorası, stomatit, dermatit və s. ağırlaşmalara təsadüf edilir.

Qida zəhərlənmələri. Məişətdə törənən zəhərlənmələr arasında qidadan zəhərlənməyə daha çox rast gəlinir. Belə zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikroblarm, zəhərli maddələrin, zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələri, eləcə də qidaların düzgün bişirilibhazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması  nəticəsində baş verir.

Qida zəhərlənmələrinin 90 %-ni bakterial təbiətli zəhərlənmələr təşkil edir ki, bunlar da toksikoinfeksiyalar və bakteriotoksikozlar  şəklində meydana çıxır. Toksikoinfeksiyaya qida maddələrinə bağırsaq mikroblarmm keçməsi, intoksikasiyalara isə qidaların mikrob toksini ilə zəhərlənməsi aiddir.

Zəhərlənmənin klinikası. Salmonellalarla qida zəhərlənmələrinin əsas əlamətləri 6 – 36 saatlıq gizli dövrdən sonra başlanır. Bu zaman kəskin qastroenterit əlamətləri meydana çıxır. Qarm nahiyəsində ağrılar, şiddətli ishal, nəcis göyümtül və pis iyli olur, ürəkbulanması, qusma baş verir.

Temperatur 2-4 gün ərzində 38 – 39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Bəzən xəstəlik ağır formada keçərək öz əlamətləri ilə vəba xəstəliyini xatırladır. Uşaqlar bu xəstəliyə daha çox tutulur, xəstəliyi ağır keçirir, hətta ölürlər.

İlk yardım. Mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədə adi qaydada yuyulur, təmizləyici imalə edilir, venaya 5 %-li qlükoza məhlulu yeridilir, antibiotiklərdən levomisetin, streptomisin və s. təyin edilir. Müalicə üçün həkimə müraciət edilir.

Profilaktika:

  1. Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalı.

  2. İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C- dən aşağı temperaturda saxlanmalı.

  3. Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməli. Ətdən  hazırlanmış kotletləri, tikə ətləri, kababı alov üzərində deyil, asta yanan od üzərində elə bişirmək lazımdır ki, ətin səthi yanmasın, tamam bişsin. Bu zaman qidaya keçmiş mikroblar məhv olur.

  4. Qaz və ördək yumurtalarına əl vurduqdan sonra əlləri sabunla yuyub, 1 %-li xloramin məhlulu ilə təmizləməli, həmin yumurtaları yemək məqsədilə 15 dəqiqədən az olmayaraq bişirməli.

  5. Tərəvəzi axar su altında bir neçə dəfə diqqətlə yumalı.

  6. Qida maddələrinə itin, pişiyin, donuzun, siçan və siçovulların toxunmasına imkan verməməli.

  7. Qida maddələrinin daşınması zamanı sanitariya- gigiyenik qaydalara əməl etməli.

Botulizmlə qida zəhərlənmələri. Bu növ zəhərlənmələrə ilin hər fəslində təsadüf etmək olar. Zəhərlənmənin gedişi adətən ağır olur və qarşısı gec alındığından, yüksək ölüm faizi (20 %) verir. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm mikroblarınm cavan formaları sporlu olur, xörək bişirilən temperatur belə onlara təsir göstərmir və qida bişdikdən sonra yenə də onlar öz inkişafını davam etdirərək böyüyüb toksin ifraz edir.

Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Zəhərlənmələr ən çox kolbasa və balıq məmulatlarından törənir. Botulizm mikroblarınm ifraz etdiyi toksin bütün mikroblarm zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur.

Zəhərlənmənin klinikası. Zəhərlənmənin gizli dövrü 3- 24 saat və bəzən daha çox – 2-8 sutka davam edir. Zəhərlənmə zamanı ürəkbulanma, qusma, qarm nahiyəsində ağrılar, ishal, bəzən qəbizlik, görmə qabiliyyətinin zəifləməsi, bəbəklərin genişlənməsi, diplopiya, əvvəlcə oyanma, sonra isə süstləşmə baş verir. Udma aktı çətinləşir, səs tutulur, temperatur bir qədər yüksəlir. Ağır hallarda bağırsaqların və sidik kisəsinin atoniyası, nəhayət, tənəffüs və ürək fəaliyyətinin iflici törənir, bu da ölümə səbəb olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...