ZƏDƏLƏNMİŞ AYAQLAR

VarikozSinirləri və (və ya) damarları zədələnmiş ayaqda yaranın əmələ gəlməsində əsas təkanverici faktorlar var:

Uyğun olmayan ayaqqabıların istifadəsi. Ayaqda yaraların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün ayaqqabı seçimi çox vacibdir. Yanıqlar.

Diabetli xəstələrin ayaqlarının üşüdüyünü və ayaqlarını istilədəndə rahatlaşdıqlarını söyləyirlər. Buna görə ayaqlarını istiqacla, radiotorlara, hətta sobaya yaxınlaşdırmaqla isitməyə çalışarlar, nəticədə təhlükəli yanıqlarla üzləşə bilərlər. Əlavə olaraq, nəzərə alsaq ki, bəzi xəstələrdə ağrı hissiyatı yoxdur, bu daha da dərin və təhlükəli yanıqlara səbəb ola bilər.

loading...

Yanıqlar adətən dərindir (3cü dərəcəli yanıq). Yanan hissədə əvvəlcə suluq əmələ gəlir, daha sonra rəngi tündləşməyə başlayır, bir neçə həftədən sonra isə tamamilə qara rəng alır. Ağrını hiss etmədikləri üçün xəstələr adətən, ayaqlarının yanmasını inkar edərlər.

Döyənək. Diabetlilərin ayaq dərilərində döyənək əmələ gəlmə ehtimalı daha çoxdur. Döyənək əmələ gəlmiş ayaq ayaqqabının içində çox qaldıqda kənarları sərt ortası dəlikli (neyrotrofik) yaralar əmələ gələ bilər.

Döyənəklərin müalicəsində ilkin variant olaraq cərrahi müdaxilə məsləhət deyil. Döyənək müalicəsində və profilaktikasında uyğun ayaqqabı və dabanlıqlardan istifadə olunmalıdır.

Dəridəki çatlar. Diabet xəstələrində neyropatiyaya bağlı olaraq tər vəzlərinin zədələnməsi nəticəsində ayaq dərisinin tərləməsi azalır və bu dərinin qurumasına, çatların əmələ gəlməsinə səbəb olur. Bakteriyalar bu cür tamlığı pozulmuş dəridən girərək infeksiyalaşmış yaranın əmələ gəlməsinə səbəb ola bilərlər.

Dr. Vüsalə Babayeva

loading...

Bunuda oxu...