YUXUSUZLUQ PROBLEMİ BÖYRƏKLƏRƏ ZİYANDIR

Tədqiqatlar yuxusuzluğun böyrəklərə ziyan olduğunu göstərib. Bunu İllinoys universitetinin (University of Illinois) mütəxəssisləri aşkar edib.

Onlar 432, xronik böyrək ağrıları olan, xəstənin tibbi kartlarını analiz ediblər. Könüllülər 5-7 gün ərzində üstlərində xüsusi qurğu daşıyıb, hansıki onların yuxu vaxtlarını registrasiya edib.

Məlum olub ki, iştirakçılar sutka ərzində 6.5 saat yuxu yatıblar. Alimlər 5 il ərzində könüllülərin sağlamlıq vəziyyətini müşahidə edib. Müşahidə ərzində 70 iştirakçıda böyrək çatışmamazlığı aşkarlanıb, 48 insan isə vəfat edib. Mütəxəssilər nəticəyə təsir edə biləcək amilləridə nəzərə alıblar.

loading...

Tədqiqatçılar müəyyən ediblər ki, hər əlavə yuxu saatı böyrək çatışmamazlığı ehtimalını 19% azaldır. Yuxunun keyfiyyətidə vacib rol oynayır. Gecə yarısı oyanma sıxlığının 1% belə artması böyrək çatışmamazlıq riskini 4% yüksəldir. Bundan əlavə gün ərzində yuxululuq hiss edən iştirakçılar gümrah olanlardan 10% daha tez vəfat edirlər.

loading...

Bunuda oxu...