YUXUSUZLUĞUN NƏTİCƏSİ

Yuxu orqanizmin ən vacib funksiyalarından biridir. Ömrümüzün üçdə birini yuxuda keçiririk. Hazırda tibb elmi, həmçinin neyrobiologiya,  yuxunun öyrənilməsinə çox önəm verir.  Yuxunun növləri, yuxu pozğunluğu, beyin aktivliyi, biokimyəvi proseslər, yuxu fazaları, yuxunun insan sağlamlığına və rəftarına təsiri öyrənilir. Aşağıda yuxusuzluğun təsir etdiyi amillər göstərilib.

İştaha

Yuxusuzluq yorğunluqla, enerji çatışmamazlığı ilə nəticələnir. Bu isə orqanizmin daha çox qida tələb etməsinə səbəb olur. Nəticə kimi biz lazımından çox yeyirik.

loading...

İmmunitet

İmmun sisteminin düzgün işləməsidə yuxudan asılıdır. Xroniki yuxusuzluqdan əziyyət çəkənlərin xəstələnmək şansı digərlərindən üç dəfə çoxdur.

Seksuallıq

Tədqiqatlar göstərir ki, yetərincə yatmayan qadınlar və kişilər libido azlığından əziyyət çəkirlər. Bu isə seksual istəyi azaldır. Kişilərdə testesteronun dərəcəsi aşağı düşür, qadınlarda isə qadınlıq hissinə mənfi təsir edir.

Xarici görünüş

Yuxusuzluq stress hormonu – kortizolun istehsalını artırır. Bu isə dərinin hamarlığına mənfi təsir edir, tezqocalmaya səbəb olur. Qırışıqlar əmələ gəlir, dəri yorğun və yaşlı görünür.

Sümüklər

Yuxusuzluq həmçinin sümük toxumasına mənfi təsir edir, osteoporoza və digər xəstəliklərə səbəb olur. Sümük iliyinin funksiyası pozulur.

Yaddaş

Yuxu zamanı beyin gün ərzində alınmış məlumatları emal edir. Yetərincə yatmadıqda həmin məlumatlar düzgün emal olunmur və unudulur.

Ürək-damar xəstəlikləri

Yuxusuzluq həmçinin ürək-damar xəstəliklərinədə səbəb ola bilər. Yuxusuzluq ürəyə gərginliyi, arterial təyziqi və ürək döyüntülərini artırır.

Xərçəng

Tədqiqatlar yuxu azlığının xərçəngə səbəb ola biləcəyini göstərib. Həmçinin yuxusuzluq artıq mövcud olan şişin böyüməsinədə səbəb ola bilər.

Ömür uzunluğu

Yetərincə yuxu yatmayan insanlar daha cavan vəfat edir. Yuxusuzluq ölümlə nəticələnən bir çox tibbi problemlərə səbəb olur.

İntellekt

Yuxu tez və effektiv düşünməyə kömək edir. Aydın və yüksək intellekt üçün bədənin istirahət etməsi vacibdir. Yuxusuzluq bizim diqqətimizə, problem həll etməmizə və informasiya qəbuluna mənfi təsir edir.

loading...

Bunuda oxu...