YUXUDA SİDİYİ SAXLAYA BİLMƏMƏK

Enurez yuxuda sidik saxlaya bilməməklə xarakterizə olunan fenomendir. Həkimlərin əksəriyyətinin fikrincə, qızlarda 4 yaşdan yuxarı, oğlanlarda isə 5 yaşdan yuxarı olduqda sidik saxlamamağı enurez adlandırmaq olar.

Əksər hallarda uşaq böyüdükcə enurez keçib gedir. Gecələr qeyri-ixtiyari sidik salma altı yaşlı uşaqların 10%-də, 14 yaşda olan yeniyetmələrin isə 3%-də müşahidə edilir. Nadir hallarda böyüklərdə enurez keçmir.

Əgər uşaq heç vaxt və ya demək olar ki, heç vaxt yuxudan quru oyanmırsa, bunu ilkin enurez adlandırırlar.

loading...

Bir müddət davam edən «quru» gecələrdən sonra yenidən sidik saxlamamaq halları təkrarlanırsa, bunu təkrar enurez adlandırırlar.

Səbəbləri:

hesab edirlər ki, xroniki enurezin iki mümkün səbəbi var:

sidik kisəsinin fizioloji və ya nevroloji yetişməməsi;

uşağın çox dərin yuxuya getməsi. Görünür, belə uşaq elə bərk yatır ki, beyni dolmuş sidik kisəsindən gələn siqnallara reaksiya vermir.

Aşağıdakı hallarda həkimə müraciət etmək lazımdır:

uşağın 6-7 yaşı var və o, demək olar ki, heç vaxt quru oyanmır;

uşağın yaşı 6-dan azdır, ancaq o yuxudan quru oyanmamasına əsəbiləşir;

uşaq əvvəllər quru oyana bilirdi, ancaq indi yenidən yerini islatmağa başlamışdır;

uşağınızda enurez probleminin olması sizi kədərləndirir.

Dr. Ülkər Abbasova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...