YUXUDA DALAŞMAQ

Yuxuda dalaşmaq yaxud mübahisə etmək yayğın haldır.

Yuxular özümüzə daha dərindən baxmaq, qorxularımızı bilmək və məqsədlərimizi dəqiqləşdirmək üçün bizə faydalı olur. Bu səbədən yuxularımızı ciddi analiz etmək gərəkdir.

Yuxuda dalaşmağın nəticəsini dəqiq bilmək üçün yuxunun detallarını və emosional vəziyyəti yaxşı xatırlamaq vacibir.

loading...

Yuxuda dalaşmağın mənası rəqibinizin diri yaxud ölü olmasından, cinsindən, tanışlığınızdan və kimin qələbə qazandığından asılıdır.

Yuxuda dava bıçaqla, tapança yaxud qılıncla ola bilər. Həmçinin heyvanlarla da mümkündür.

Ümumilikdə yuxuda dalaşmaq yaxşı nişandır. Yuxupozmalar bunun tez baş verəcək dəyişiklik və gözlənilməz hadisələrdən xəbər verə biləcəyini deyir.

Yuxuda dalaşmağın müxtəlif variantları:

Yuxu yozmalariUşaqların dalaşmağını yuxuda görmək maddiyətlə faydalı idarəçiliyi bildirir. Əgər yuxu görən aralamaq məqsədiylə davaya qarışırsa bu onun qayğıkeş və yaxşı insan olduğunun göstəricisidir. Əgər onu döysələr bu həqiqi həyatda yetərincə məlumatın və gücün olmadığı zaman konfliktə girməməyə məsləhətdir.

Yuxuda itlər dalaşısra bu yuxu görənin bütün mübahisələrdə düzgün olmaq istəyidir. Bu zaman digərərinin üzərində üstünlük etməkdən əl çəkmək gərəkdir.

Yuxuda vəhşi heyvanların dalaşmağını görmək həqiqi həyatda ideyaların və istəklərin münaqişəsini bildirir.

Əgər qadın yuxuda dalaşan kişiləri görürsə bu real həyatda ona qarşı əks cins tərəfindən böyük simpatiya göstəricisidir. Yuxuyozma bu zaman qadına kişilər tərəfindən olan nişanlara daha diqqətli olmağı məsləhət edir. Bu produktiv və xoşbəxt münasibətlərə yol aça bilər.

Əgər kişi yuxuda dalaşan adamlar görürüsə bu zaman yoxlanılmamış insanlara öz sirrlərini verməmək məsləhətdir.

Yuxuda yaxın və tanımadığız adamlarla dalaşmaq adətən real həyatda problemlərlə əlaqəlidir. Həmçinin aktiv pozisiya və maraqlı zaman keçirmə ilə. Məhz yaxın insanlar real həyatın müəyyən aspektlərini göstərə bilər.

Yuxuda həyat yoldaşı ilə dalaşmaq müsbət hal kimi qəbul edilir, beləki bu real həyatda ər və arvadın arasında yığılan təzyiqin çölə çıxmağıdır.

Ərlə yuxuda mübahisə etmək və sonra davada uduzmaq stabil olmayan münasibəti və qadının üzərində hakimiyyəti ələ almağı bildirir.

Əgər qadınla mübahisə və sonra davada məğlubiyyət görünürsə yuxuda, deməli kişi sevdiyi qadının nazı ilə çox oynayır.

Əgər kişi yuxuda sevgilisi ilə dalaşırsa və qalib gəlirsə bu onun sevgilisinin nailiyyətlərini qəbul etmək istəməməsini, onunla yarışmasının göstəricisidir.

Yuxuda ata ilə dalaşmaq professional planda qeyri-müəyyənlik bildirir.

Yuxuda ata, yaxud ana ilə mübahisə, dalaşmaq və qalib gəlmək real həyatda işdə yaxud evdə öz azadlığını qorumaq deməkdir.

Yuxuda ata, yaxud ana ilə dalaşıb məğlub olmaq yaxın zamanda çox çətin seçimlə qarşılaşacağınızı bildirir.

Tanımadığınız adamla, qadın yaxud kişi ilə, yuxuda dalaşmaq karyerada həlledici momentin yaxınlaşdığının göstəricisidir. Bu zaman bütün gücünüzü toplayıb potensialınızı göstərmək gərəkdir.

Yuxuda ölmüş adamla dalaşmaq unudulmuş nəyinsə yenidən aktual və vacib olacağını və onun üçün mübarizə aparmaq gərəkəcəyini bildirir.

Yuxuda dalaşıb qələbə qazanmaq öz gücünə inanmağın göstəricisidir. Məğlub olmaq isə inamsızlığın.

Daha çox məlumat üçün bizi İNSTAGRAM`da izləyin

loading...

Bunlarıda bəyənə bilərsiniz ...