YUXUDA AĞLAMAQ

Yuxuda ağlamaq yaxın zamanda sevinəcəksiniz deməkdir. Yuxuda ağlamaq sevinclə şərh olunar. Əgər axan gözyaşı yanaqlarınızı yandırırsa bu sevinmək deməkdir, yox əgər üşüdürsə deməli kədərlənəcəksiniz.

Yuxuda sakit, qışqırmadan, ağlamaq dərd və qəmdən xilas olmaqdır. Yuxuda ağlamaq həmdə qorxuları və xəyal qırıqlığını üzərindən atmaq, romantik tarazlığı yenidən bərpa etmək deməkdir. Nəticədə yuxuda ağlamaq yaxşıdır.

Ağlamaq ancaq gözlərindən yaşın axmaması gözlənilən, ümid edilən şeyin ələ keçməməyidir. Ağlamaq və gözlərdən qan axması  isə qaçırılan fürsətə görə peşman olmaq deməkdir.

loading...

Gözləri yaş ilə dolu olduğu ancaq gözyaşının çölə axmaması halal mal və pul qazanmaq deməkdir. Sağ gözdən yaşın axması, sol gözdən isə  axmaması yaxınlara qovuşmağı bildirir.

Yuxuda ağlamaq və sonra gülmək əcəlin yaxınlaşması deməkdir. Ağlamağın ən yaxşısı qışqırıb ağlamaqdır.

Yuxuda Quran oxuyanda yaxud Qurana qulaq asaraq ağlamaq müsbət yozulur. Bu  böyük bir sevinc yaşadacaq.

Yuxuda çoxlu ağlamaq sevindirici xəbərin müjdəçisidir.

Yuxuda toyda ağlamaq sevindirici bir xəbər gələcəyinə, nəticədə gözəl bir münasibətin başlanacağını bildirir.

Yuxuda qışqıraraq ağlamaq müəyyən itkilərin yaşanacağını bildirir. Yaxın insanla əlaqədar kədərli xəbər eşidiləcəyindən xəbər verir.

Yuxuda sevincdən ağlamaq yaxşıdır. Xoşbəxt ailəyə sahib olamaq deməkdir.

Yuxuda gəlin paltarında ağlamaq gözəl və xeyirli hadisə üçün göz yaşı tökəcəyinizi bildirir. Qəbir üstündə ağlamaq isə elənilən səhvə görə peşman olmaq və geri addım atılacağına işarədir.

Yuxuda ağlayan uşaq görmək müəyyən çətinliklərin yaxın, ancaq əhəmiyyətsiz olduğunu göstərir.

Yuxudan ağlaya ağlaya oyanmaq insanın çox dəyər verdiyi birinin həyata keçirdiyi işdə ona köməkçi olacağına, problemlərin tək tək həll ediləcəyinə, işlərin qaydasına düşəcəyinə xəbərdir.

loading...

Bunuda oxu...