YUMURTALIQ XƏRÇƏNGİ

Hər il dünyada təxminən 200 mindən çox qadında yumurtalıq xərçəngi inkişaf edir və bu xəstəlikdən 100 min ölüm halları baş verir. Yumurtalıqların bədxassəli şişləri ilkin olaraq yumurtalığın normal strukturlarının zədələnməsindən və ikincili olaraq bədənin hər hansı yerində xərçənglə zədələnmədən qaynaqlana bilir.

Birincili  zədələnmələrə yumurtalığın epitelial karsinoması, bütün bədxassəli yumurtalıq şişlərinin 70%-i, generativ hüceyrə şişləri, selom epitelindən inkişaf edən və ya embrional qonadaların mezenximal hüceyrələrinin, fibroblastların, Leydiq və Sertoli hüceyrələrinin şişləri və bir çox başqa nadir tiplər  aiddir.

Yumurtalıqlara metastaz vermə nisbətən tez-tez rast gəlinir. Ən çox rast gəlinən isə endometriumdan, döş, yoğun bağırsaq, mədə və uşaqlıq boynundan metastaz vermədir.

loading...

Erkən yumurtalıq xərçəngi minimal, qeyri-spesifik simptomlarla və ya simptomsuz müşahidə edilir. Xəstə qarında kütlə hiss edə bilər. Əksər hallarda inkişaf etmiş mərhələdə diaqnoz bəlli olur. Yumurtalıq xərçəngi qeyri-müəyyən və qeyri-spesifik simptomların geniş müxtəlifliyi ilə təzahür edir:

Köpmə; qarın şişkinliyi və ya diskomfort

Sidik kisəsi və düz bağırsaqda təzyiq effektləri

Qəbzlik

Vaginal qanaxma

Mədədə həzm pozğunluğu və turşunun qida borusuna təsir etməsi

Tənəffüsün çətinləşməsi

Yorğunluq

Çəki itkisi

Tez doyma

Yumurtalıq xərçənginin müstəqil simptomları ilə yanaşı çanaq və qarın ağrıları, qarnın ölçülərinin və köpməsinin artması və qidalanmanın çətinləşməsi də müşahidə edilir.

medscape.com

loading...

Bunuda oxu...