YUMURTALIĞIN ÖZ ƏTRAFINDA DÖNMƏSİ

Yumurtalıqlar (overler) rəhmin hər iki tərəfində bağlarla rahimə və qarın yan divarına bağlanan orqanlardır. Yumurtalığın öz ətrafında dönməsi yəni burxulması (boğulma) probleminə over torsiyonu deyilir. Yumurtalıq öz ətrafında döndüyündə tutunduğu bağlar da dönər və burxulur, nəticəsə bu bağların içərisində olan qan damarları tıxanır və ya qan axımı çətinləşir.

Bu normal bir overdə də baş verə bilər, amma bəzən buna bir kist və ya şiş də səbəb ola bilər. Yumurtalıq və rəhim arasındakı bağın uzun olması da bu problemə səbəb verə bilir.

Over torsiyon zamanı qarnın aşağı tərəfində və qasıx bölgəsində ani həssasiyyət və ağrılar ola bilir. Ağrı bəzən yüngül, bəzən çox şiddətli olur. Ürəkbulanma, qusma, tempratur da müşahidə edilir.

loading...

Müalicə üçün cərrahi müdaxilə lazımdır. Nə qədər tez təşhis qoyularsa, bir o qədər xeyirlidir. Çünki müalicə gecikdikcə overə qan işləməməsindən dolayı orda toxumaların ölüməsi prosesi başlayır, problem overin tamamən alınmasına qədər böyüyə bilər.

Dr. Elnarə Məmmədova

loading...

Bunuda oxu...