YUMURTA İNSULT RİSKİNİ AZALDIR

Belə bir fikir var ki, yumurtadan çox istifadə etmək olmaz – bu xolesterinin səviyyəsini artıra bilər, ürək və damarlarda problem yaradar. Ancaq son dövrlər belə düşüncəni təkzib etdirən nəşrlər və elmi işlər artır.

Məsələn, 2015-ci ildə böyük bir tədqiqatın nəticələri nəşr edildi. Nəticə yumurta istifadəsinin və ürək-damar xəstəliklərinin heç bir əlaqəsi olmadığını göstərdi. Alimlərin digər tədqiqatı isə yumurtanın ziyan deyil, hətta ürək və damar üçün faydalı olduğunu aşkar etdi. Bu yumurtaya faydalı məhsullar sırasında yer qazandırır.

Dominik Aleksandr (Dominik Alexander) başçılığı altında, tədqiqatçılar qrupu 1982-2015-ci illər arası nəşr olunmuş məqalələrdə yumurtanın istifadəsi və insult, ürəyin koronar xəstəliyi arasında olan əlaqəni öyrənmişdir. Məlum olmuşdur ki, gündə sadəcə bir yumurta insult riskini 12% faiz azaldır. Ürəyin koronar xərtəliyinin inkişafına isə yumurtanın heç bir təsiri yoxdur.

loading...

Tədqiqatçılar hələ ki yumurtanın insult riskinin azalmasına necə təsir etdiyini bilmirlər. Onlar düşünürlər ki, bu yumurtanın tərkibində olan antioksidantlarla əlaqəlidir – onlar iltihabla mübarizə aparır və okisləşdirici stressin saviyyəsini azaldır.

Bir iri yumurtanın tərkibində təxminən 6 qramm zülal, lyutein və zeaksantin antioksidantları, həmçinin A, D, və E vitaminləri var. Bundan əlavə yumurtada, balıqlarda olan, yağ turşuları var, hansılar ki beyin üçün faydalıdır.

Mənbə: EurekAlert

loading...

Bunuda oxu...